AZ

İsrail rəqəmsal müharibəyə hazırlaşır

İsrail hərbi üstünlüyünü daha da möhkəmləndirmək və süni intellektlə işləyən texnologiyalarla gələcəyin müharibələrini aparmaq üçün nəhəng superkompüter qurur.

Turkustan.az xəbər verir ki, ABŞ-da yerləşən Hewlett-Packard (HP) tərəfindən hazırlanacaq bu sistem bölgə ölkələri üçün ciddi təhlükə yaradaraq İsrailin kəşfiyyat və hərbi imkanlarını daha yüksək səviyyəyə qaldıracaq.

İsrail işğal olunmuş Fələstin ərazilərində hərbi əməliyyatlarını daha mükəmməl etmək üçün superkompüter texnologiyasına böyük sərmayə qoyur. Bu süni intellektlə dəstəklənən sistem böyük məlumatları təhlil edərək döyüş meydanında əməliyyatları idarə etmək, kəşfiyyat məlumatlarının toplanması proseslərini sürətləndirmək və düşmən hərəkətlərini proqnozlaşdırmaq məqsədi daşıyır.

HP tərəfindən inşa ediləcək multimilyon şekellik superkompüter İsrail ordusunun milli təhlükəsizlik infrastrukturunun təməl daşı olacaq. Lakin layihənin infrastrukturunun qurulması üçün tenderin özəl şirkətə verilməsi hətta İsrail daxilində də mübahisələrə səbəb olub. İsrailin dövlət müdafiə sənayesi şirkəti Rafael, layihənin ona verilməsi lazım olduğunu müdafiə edərək, təhlükəsizlik riskləri barədə xəbərdarlıq etdi.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
4
turkustan.az

1Mənbələr