AZ

"ABŞ beynəlxalq sazişləri süni intellektə görə imzalamır"

Əvvəllər bir çox beynəlxalq sənədlərə Çin imza atmazdı, indi isə imzalamayan ABŞ-dir.Əvvəllər insan hüquqları ilə bağlı, ümummiyyətlə hansısa bir mübahisəli məsələ ilə beynəlxalq müzakirələrdə hamı yekun sənədi imzalayardı, Çin, Rusiya və s. ölkələr isə yekun sənədlərə imza atmazdı. On illərdi ki, bu ənənə davam edirdi. Baxıram ki, indi situasiya dəyişib.

Redaktor.az xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün "facebook" səhifəsində yazıb.

"İndi də hamı imzalayır, amma imzadan imtina edən ABŞ-dir. Vəziyyəti dəyişən də süni intellekt olub. Ötən həftə Parisdə Süni İntellektlə bağlı Sammitdə süni intellektin inkişafında gözlənilməsi vacib olan prinsiplərlə bağlı  yekun sənəd də  imzalanıb. Yekun bəyannaməni 58 ölkə imzalayıb. Ancaq ABŞ və Böyük Britaniya yekun bəyannaməni imzalamaqdan imtina ediblər. Maraqlıdır ki, hər iki ölkə süni intellektdə dünya liderliyinə iddialıdırlar".

Onun sözlərinə görə, hazırda Avropa şirkətləri də bu cür yanaşmaların, ifrat tənzimləmənin rəqabətədavamlılğa mənfi təsir göstərəcəyi bildirilir.

"Sammitdə iştirak edən, öz çıxışları ilə bütün Avropa siyasətçilərinə meydan oxuyan ABŞ vitse-prezidenti Cey Di Vens  yekun bəyannamədə süni intellektin tənzimlənməsinə ifrat mühafizəkar yanaşmalar sərgilənməsini, belə bir tənzimləmənin isə ABŞ şirkətlərinin süni intellekt sahəsindəki fəaliyyətinə mane olacağını bildirib və sənədi imzalamayıb. Güman ki, ABŞ Çinin bu sahədə çox irəli getməyini artıq gözaltına alıb. Xatırladıram ki ötən il Avropa Parlamenti dünyada süni intellekt  texnologiyalarından istifadəni tənzimləyən ilk qanunu təsdiqləyib.

Maraqlıdır ki, Çin lideri  çıxışında süni intellektin  insan hüquqlarına və etik prinsiplərə, təhlükəsizlik prinsiplərinə uyğun şəkildə inkişaf etdirilməsinin vacibliyini, bu istiqamətdə  qərarlarının şəffaf olması və istifadəçilər üçün anlaşıqlı olmasının vacibliyini vurğulayıb".

Türkan İSGƏNDƏRLİ
 

Seçilən
18
redaktor.az

1Mənbələr