AZ

BSU-da “Azərbaycan gənclərinin yüksəlişi” mövzusunda tədbir keçirilib

Bakı Slavyan Universitetində “Tələbə platforması” layihəsi çərçivəsində “Azərbaycan gənclərinin yüksəlişi” mövzusunda tədbir keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, tədbirdə gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, birinci “Yüksəliş” müsabiqəsinin qalibi, Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman, "Paşa Real Estate"in təşkilati inkişaf direktoru, müsabiqə qalibi Mehriban Nəzərova və digər qonaqlar iştirak ediblər.

Görüş çərçivəsində "Yüksəliş" müsabiqəsinin yaratdığı imkanlar, məqsədləri, gənclərin inkişafındakı yeri kimi məsələlər müzakirə edilib, “Mentorluq proqramı”nın təqdimatı olub, müsabiqə qaliblərinin karyera inkişafı və peşəkar təcrübələrinə dair fikir mübadilələri aparılıb, tövsiyələri dinlənilib.

 

 

 

 

 

Seçilən
20
tehsil.biz

1Mənbələr