Yəmən hökumətinin Sahil Mühafizəsi İrandan Husi üsyançılarına göndərilən silah partiyasını ələ keçirib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
Qurum X sosial şəbəkəsində buna görə Yəmən Sahil Mühafizəsini təbrik edib, yükün qabaqcıl silah hissələri, pilotsuz təyyarələr və rabitə cihazlarından ibarət olduğunu bildirib.