AZ

Ümumtürk tarixşünaslığına qiymətli töhfə

ƏSMƏD MUXTAROVA

Bakı Dövlət Universitetinin

“Türk xalqları tarixi” kafedrasının müdiri,

tarix elmləri doktoru, professor

[email protected]

Seyfəddin RZASOY

AMEA Folklor İnstitutu

Mifologiya şöbəsinin müdiri,

filologiya elmlər doktoru, professor

seyfeddin_rzasoy@mail.ru

Bu yaxınlarda təkcə Azərbaycan tarixşünaslığında deyil, eləcə də ümumtürk tarixşünaslıq elmində fundamental hadisə sayıla biləcək bir nəşr işıq üzü gördü. Ta­rix üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Ta­leh Vəzir oğlu Cəfərovun 2 cildlik “Türk xalqlarının və dövlətlərinin tarixi” dərs­li­yi (I cild. Bakı: Azərnəşr, 2024, 604 s.; II cild. Bakı: Azərnəşr, 2024, 348 s.) tə­lə-bə­lərin və ümumən tarixlə maraqlananların istifadəsinə verildi.

Milli Məclisin üzvü, maarifçilik layihələrinin gerçəkləşməsinə daim yardım edən Cavanşir Feyziyevin maliyyə dəstəyi ilə yüksək poliqrafik keyfiyyətdə çap olunmuş ikicildliyin elmi redaktoru prof. Sevinc Əliyeva, rəyçiləri prof. Əsməd Muxtarova, prof. Osman Karatay, dos. Qabil Bəşirov, dos. Bəhman Ağayevdir.

Zəngin tarixi qaynaqlar, çoxsaylı elmi ədəbiyyatlar əsasında yazılmış “Türk xalqları və dövlətlərinin tarixi” ikicildliyi həm tarixi zaman xronologiyası (türk et­no­sunun etnik-mədəni nüvədən təşəkkül edərək günümüzədək davam edən diaxron inkişaf modeli), həm də tarixi-coğrafi strukturlaşma dinamikası (türk etnosunun et­nik-mədəni substratdan zamanla aktual üzvlənmə keçirmək yolu ilə müxtəlif türk xalqlarına diferensiasiyasını nəzərdə tutan sinxron inkişaf modeli) baxımından son də­rəcə nəhəng tarixi zaman reallıqlarını əhatə edir. Bu cəhətdən, qarşısına qoyulan hə­dəfi türk etnosunun tarixi və siyasi özünütəşkil modelləri olan əsərin zaman ri­to­ri­kası “nüvə”dən, başqa sözlə, türk xalqlarının törəndiyi etnogenetik substratını təş­kil edən “ocaq”dan başlanan və günümüzə qədər davam edən “Türk tarixi”dir.

Saysız tarixi faktların həm tarixi-xronoloji model, həm də pedaqoji təqdimat mo­delində sistemləşdirildiyi ikicildliyin elmi və pedaqoji məziyyətləri çoxdur. T. Cə­fərov əsəri tarixşünaslıqda mövcud olan mütərəqqi ənənələrdən istifadə etməklə yanaşı, həm də müasir tarixçilik texnologiyalarının tətbiqi ilə yazmışdır. Müəllifin möv­cud həcmdə saysız-hesabsız faktları və nəzəri-metodoloji faktorları dərslik for­ma­­tında modelləşdirməsi ondan, sözün həqiqi mənasında, dərin istedad və tarixçi in­tuisiyası ilə yanaşı, ağır və gərgin əməyə dözmək qabiliyyəti də tələb etmişdir. Bu cəhətdən, ortada olan “məhsul”, ən azı, çoxillik elmi-pedaqoji təcrübənin də nə­ti­cəsi olmaqla fandamental hadisədir.

T.Cəfərovun əsərinin ilkin milli-emosional məziyyəti onun adı ilə bağlıdır. Müs­təqillikdən sonra “türk” adı ilə bağlı hər cür elmi janra aid əsərlərin bolluğuna öy­­rəşmiş müasir nəsildən fərqli olaraq yaşlı nəsil üçün vaxtilə belə bir məzmunda “Türk xalqları və dövlətlərinin tarixi” adlı bir əsərin nə vaxtsa çap ediləcəyini xə­yal etmək belə çətin idi. Əlbəttə, sovet dövründə türk xalqlarının tarixi ilə bağlı çox­lu əsərlər var idi. Ancaq onların, demək olar ki, hamısı, “türk tarixi yox”, “anti­türk tarixi” idi. Çünki bu “əsərlər” hamısı sovet tarix ideoloqlarının müəy­yən­ləş­­dir­­di­­yi “türk tarixi” sxemləri (“ustanovkaları”) əsasında yazılmaqla türk xalqlarının et­nik konsolidasiyasına deyil, onların parçalanmasına xidmət edir və bu əsərlər əsa­sında “tərbiyə edilən” türk xalqlarının şüuruna velikorus şovinizminin maraq­la­rı­na xidmət edən və türk etnik-mədəni kimliyini alt şüur səviyyəsində dağıdan, məhv edən subliminal ideyalar ötürülürdü.

37-ci ilin qanlı repressiyaları ilə formalaşdırılan “türk tarixçilik elminin” Azər­­baycan səhifəsi, bu təqdimat-resenziyadan əvvəl qeyd olunduğu kimi, “əs­lin­də, müstəmləkə epoxasının tarixi idi. İndi onu akademik-rəsmi təqdimatında et­no­kos­mik mutasiyaların ifrat ifadəsi kimi tarixçilik elminə karikatura da adlandırmaq müm­kün­­­dür. Mahiyyətində rus şovinizmi duran sovet tarixçilik elminin Azərbaycan ta­rix­çi­­liyində yaratdığı eybəcərliklər yalnız yazılmış tarix kitablarının səhifələrində qal­ma­yıb, eyni zamanda, milli mənəviyyat tariximizin də patoloji gerçəklərinə dönmüşdür. Bu cəhətdən, XX əsr Azərbaycan tarix elmi, əslində, tarixi həqiqətlə siyasi tarixin qey­ri-bərabər mübarizə meydanı idi. Tarixçilər arasında gedən sonsuz mübahisələrin mahiyyətini bir məsələ – türk və qeyri-türk etnosların (başlıca olaraq irandilli etnik birliklərin) “Azərbaycan tarixi”ndə hansı konsepsiya əsasında “vahid bir xalqın” tarixi ki­mi sintezləşdirilməsi təşkil edirdi. Sovet dönəmində bu məsələ stalinizmin qanlı rep­res­siya aparatının vasitəsi ilə paniranist mövqedən həll olunmuşdu. Başqa sözlə, “Azər­­baycan tarixi” qeyri-türklərin (irandillilərin, yaxşı halda: məchuldillilərin) tarixi ki­mi başlanır, türklərin tarixi kimi tamamlanırdı. Paniranizm sovet imperiyasının döv­lət maraqlarına xidmət edən və mahiyyətcə şovinist ideologiya idi. Bütün mahiyyəti çox əhəmiyyətli hissəsi müsəlman türklərdən ibarət olan SSRİ-də yaşayan türkləri hind-Arvopa kökənli rus nüvəsinin ətrafında birləşdirmək idi. Azərbaycanlıların türk ol­ması, Anadolu türklərinə etnokosmik bağlılığı onları təbii olaraq Türkiyəyə meyl­lən­dirirdi. Bu isə “mərkəzdənqaçma” idi. Paniranizmin yeritdiyi konsepsiyaya görə, Azərbaycan xalqı öz kökləri etibarilə türk yox, irandillidir. O, sonradan – orta əsrlərdə səlcuqların gəlişi ilə türkləşmişdir. Təbii ki, qədim Azərbaycan ərazisində türkdilli etnoslarla yanaşı, qeyri-türkdillilər də olmuşdur. Paniranizmin türkləri Azərbaycan xalqının etnokosmik nüvəsindən silməyə çalışması onun maraqlarına xidmət etsə də, tarixşünaslıqda, insanların ictimai şüurunda çox böyük patologiyalar yaratmışdır (Bu, so­vet ideologiyasının bəşəriyyət qarşısında işlədiyi bitib-tükənməyən cinayətlərdən biridir). Belə ki, Azərbay­canın etnogenezində etnokosmik substrat və etno­kon­so­li­­­­­da­­si­­ya modeli rolunu oynamış türk­lərin şovinistcəsinə silinməsinə edilən etiraz məhz paniranizmin təsiri altında elmi həqiqətin axtarışları ilə yanaşı, daha çox milli mü­qa­vi­mət mahiyyəti daşıyan “türkçülüyün” də formalaşmasına səbəb oldu. Keçən əsrin 30-cu illərində Azərbaycan ziyalılarının “pantürkist” adı altında kütləvi məhvi sonradan mil­­li yaddaşa qanla yazıldı. Azərbaycan tarixşünaslığında bu gün belə davam edən “iran­çılıq” və “türkçülük” qarşıdurması obyektiv “Azərbaycan tarixi” konsepsiyasının və tarixin üzə çıxmasına daim mane oldu”.

Sovet tarixçilik elminin bizə miras qalan bütün bu acı reallıqları fonunda T.Cə­fə­ro­­vun “Türk xalqları və dövlətlərinin tarixi” əsəri özünün aşağıdakı mə­ziy­yət­lə­ri ilə əlamətdardır:

“Türk xalqları və dövlətlərinin tarixi” əsəri müstəqil Azərbaycan tarix­şü­nas­lı­ğı­nın məhsulu olmaqla tarixçilik şüurumuzun “müstəmləkə tarixçiliyi” “usta­nov­ka”­la­rının aradan qaldırılması sahəsində böyük bir nailiyyətdir;

– Müəllif əsərdə etnogenez məsələlərinə azad tarixçilik düşüncəsi müstəvisində ya­naşmaqla Azərbaycan tarixçilik şüurunda bizə sovet epoxasından miras qalmış pa­to­logiyaların aradan qaldırılması baxımından nümunə ola biləcək çalışmaya imza at­mış­­dır.

“Türk xalqları və dövlətlərinin tarixi” əsəri müstəmləkə epoxası tarixçiliyindən fərq­li olaraq, Azərbaycan tarixşünaslığında bu gün də özünü göstərən “irançılıq-türk­çü­lük” qarşıdurmasının əksinə olaraq, Azərbaycan tarix elminin obyektiv və ideoloji “us­tanovka”lardan azad konsepsiyalar əsasında inkişafına böyük töhfədir.

Tarix kitabları bütün hallarda ilkin qaynaqlar, mənbələr və məxəzlər de­mək­dir. Azərbaycan tarixçiliyində mövcud olan fundamental tarix əsərləri daha çox qay­naqlardakı bilgilərin xronoloji sistemləşdirmə üsuluna əsaslanır. Tarixçilik e­l­mi­nin “ana metodunu” təşkil edən bu üsul T.Cəfərovun da əsərinin əsas metodoloji ri­torikasını təşkil edir. Və bu mənada, əsərdə xronoloji modelləşdirmə zamanı həm də dərslik janrının tələbləri də yüksək səviyyədə nəzərə alınmış, tələbələrin türk xalq­ları və dövlətlərinin tarixini xronoloji faktların düzümü modelində asanlıqla qav­­­raması və yaddaşlaşmasının optimal pedaqoji metodlarından istifadə olun­muş­dur.

Bir tarix dərsliyinin mövcud tarixşünaslığın nailiyyətləri əsasında yazılması fak­toru T.Cəfərovun əsərinin ən böyük məziyyətini, bəlkə də, ilk baxışda “titanik zəh­mət” amilinə müncər edə bilər. Lakin bizim nəzərimizdə, ikicildliyin ən böyük mə­ziyyəti və onu təkcə Azərbaycan tarixçilik elmində deyil, həm də ümumtürk ta­rix­şünaslığında fundamentallaşdıran fakt əsərdə türk xalqları və onların dövlətçilik ta­rixinin “harmoniya modelinin” tapılmasıdır.

No

Bu faktor nə ilə bağlıdır? Türklər sıradan bir xalq yox, Avrasiya materikinin si­yasi-etnik tarixini yaradan və yaşadan əsas etnoslardan biridir. Avropa, Asiya və Şi­mali Afrika qitələrinin tarixini türk etnosundan kənarda təsəvvür etmək mümkün de­yildir. Çünki bu tarixin əsas yaradıcılarından biri odur. Bu üç qitənin tarixi daim türklərlə nəfəs almışdır. Türk etnosu tarixən təbiətin və mədəniyyətin bütün stixial ener­­jisini özünə akkumulyasiya edərək, superetnos səviyyəsinə qalxmış, Avropa və Asi­yada tarixin gedişatının siyasi, inzibati, mədəni harmoniyasını müəy­yən­ləş­dir­miş­dir. Avrasiyanın etnokosmik həyat alqoritmləri daim türk etnosunun enerjisi ilə qi­dalanmışdır. Bu cəhətdən, qeyri-türk xalqların türk etnosu ilə hər hansı şəkildə ta­rixi ünsiyyəti onların özlərini bir xalq kimi tükənməz etnokosmik enerji ilə təmin et­məsi demək idi. Türk etnosunun Avrasiya materikində varlığı daim ondakı bütün xalq­ların etnokosmik enerji ilə təminatına xidmət edirdi. Həmin enerji ilə təmas qeyri-türk xalqların milli kosmosuna daimi sabitlik, tarazlıq və harmoniya bəxş et­miş­dir. Çünki türklər kökü tarixin dərinliklərinə gedib çıxan sosial ədalət, siyasi har­moniya, psixoloji yurdsevərlik keyfiyyətlərinin daşıyıcılarıdır. Məhz bu cəhət türkləri zamanla Avrasiyanın ən qabaqcıl etnoslarından birinə çevirmiş və onlar qurduqları, yaratdıqları dövlətlər və imperiyalarla materikin tarixinə inkarolunmaz siyasi, ictimai, iqtisadi və mədəni düzən vermişlər. Bu anlamda, türklərin etno­ge­nez və qlottogenez tarixi nə qədər təhrif olunsa da, obyektiv tarix kitablarında türk genezisinin kardinal inkişaf xətləri, etnik-siyasi daşıyıcıları, epoxal mərhələləri müəyyənləşdirilmişdir. Əlbəttə, genezis sahəsində zamanla müxtəlif nəzəriyyələr bir-birini inkar etsə də, T.Cəfərovun dərsliyində “türk genezisi” problemi özünün ob­yektiv mənzərəsi ilə inikas olunmuşdur. Burada “obyektiv mənzərə” ifadəsinin kursivlə fərqləndirməyimiz təsadüfi olmayıb, ikicildlik müəllifinin qarşısında mo­noq­rafik deyil, dərslik janrında əsərin yazılması vəzifəsinin durduğuna işarədir. Baş­qa sözlə, hər bir dərslik aid olduğu elm sahəsinin nailiyyətlərini özündə əks et­dir­məlidir. Bu cəhətdən, T.Cəfərov gənc, lakin təcrübəli və səriştəli tarixçi kimi, türk tarixşünaslığında mübahisəli görülən məsələlərin də dərslikdə inikas olun­ma­sı­nın optimal modellərini tapmağa nail olmuşdur. Burada heç şübhəsiz ki, müəllif niyyəti də arxa planda olmamaqla, tələbələrin türk etnogenezi məsələsində mövcud baxışlar, konsepsiyalarla tanış olmaq, mübahisəli hesab olunan məsələlərdən xə­bər­dar olmaq “haqqı” da əsas götürülmüşdür.

İkicildliyin çoxsaylı elmi-pedaqoji məziyyətləri içərisində, yuxarıda da qeyd et­diyimiz kimi, orta əsrlər türk dövlətçilik tarixinin təqdimində “harmoniya mo­de­li­­nin” tapılmasıdır. Yəni əsərin ən fundamental cəhəti T.Cəfərovun türk tarixinin bu gün belə davam edən son dərəcə mübahisəli, ziddiyyətli məqamlarının uğurlu təq­dimat konsepsiyasını müəyyənləşdirə bilməsidir. Elə hesab edirik ki, bu məsələ son dərəcə mühümdür və müəllif onun həllində nümunə, örnək ola biləcək me­to­do­lo­ji modeli reallaşdıra bilmişdir.

Məlumdur ki, orta əsrlər türk tarixi amansız ziddiyyətlər, qarşıdurmalarla əla­mət­dardır. Bu, səbəbsiz deyildir. Orta əsrlər müsəlman Şərqinin tarixi ümumən türk tarixi deməkdir. Türklər öz passionar enerjiləri ilə Asiyanın, Şimali Afrikanın və qismən də Avropanın siyasi xəritəsini dəyişərək, bu nəhəng multukultural coğ­ra­fiyanı özlərinin siyasi ritmlərinə köklədilər. Müxtəlif türk dövlət və im­pe­ri­ya­la­rı­nın qurulması ilə türklər qeyd olunan coğrafiyanın hakim siyasi qüvvəsinə çevril­di­lər. Əvəllər qeyri-türk etnosları ilə vuruşan türk hökmdarları “savaş meydanını” on­lardan “təmizlədikdən” sonra öz passionar enerjilərini bir-birinin üzərinə yönəlt­di­­­­lər. Bu cəhətdən, orta əsrlər ümumtürk tarixini həm də türk dövlətlərinin bir-biri ilə amansız savaşlarının tarixi də adlandırmaq olar. Müasir türk xalqlarının ictimai şüu­runun formalaşmasında böyük rol oynayan həmin savaşlar o dövrün tarix­şü­nas­lıq elmində də eyni şəklidə inikas olunmuşdur. Bu cəhətdən, orta əsrlərdə hər bir türk dövlətinin tarixçilik elmi düşmən türk dövlətlərinin mövcudluğunun “ideoloji” inkarı üzərində qurulmuşdur. Bunun əyani nümunəsi Osmanlı-Səfəvi savaşlarının ta­rix kitablarında necə əks olunmasıdır. Bu qeyd etdiyimiz mühüm məqam orta əsrlər türk tarixi qaynaqlarının ümumi səciyyəvi xüsusiyyəti olmaqla “ümumtürk ta­rixini” yazmaq istəyən hər bir tarixçinin, o cümlədən T.Cəfərovun qarşısında du­ran ən çətin metodoloji maneədir. Bu maneəni “aşmaq”, onun təsirini “ney­tral­laş­dır­maq” sözü gedən qaynaqlara, tarixçilik irsinə yanaşmada xüsusi konsepsiyanın ol­masını tələb edir. Bunsuz “Türk xalqları və dövlətlərinin tarixi” adlı əsəri yazıb ümum­türk oxucusuna qəbul etdirmək mümkün deyildir. Çünki hər bir fərd, o cüm­lə­dən tarixçi mənsub olduğu etnik-siyasi ənənənin daşıyıcısıdır. Əsrlər boyu for­ma­­laşmış stereotiplər, o cümlədən tarixçilik stereotipləri zamanla milli ictimai şüu­run aksiomatik imperativlərinə çevrilir. Bunun nümunələrini biz müasir dövrü­müz­də də aç­ıq şəkildə görə bilirik. Məsələn, Azərbaycan və Türkiyə ədəbiyyatşünasları Məhəmməd Füzulini, yaxud Azərbaycan və Türkmənistan ədəbiyyat tarixçiləri Nə­si­mini “bölə” bilmirlər. Bunu səbəbi həmin ortaq irsə münasibətdə uyğun poetika­nın, təhlil konsepsiyasının yoxluğudur. Bütün bu deyilənlərin fonunda xüsusi vur­ğu­­lamaq istərdik ki, T.Cəfərovun “Türk xalqları və dövlətlərinin tarixi” ikicil­dli­yin­­də orta əsrlər tarixşünaslığından qalma metodoloji ziddiyyətlər aradan qaldırıl­mış və təkcə Azərbaycanlı oxucularının deyil, ümumtürk oxucusunun etnopsixoloji ba­xımdan rahatlıqla oxuya biləcəyi fundamental əsər ortaya çıxmışdır. Bu isə son də­rəcə mühüm amildir.

T.Cəfərovun “Türk xalqları və dövlətlərinin tarixi” ikicildliyi ilk növbədə dərs­likdir, yəni məhz öyrətmək, yaddaşlara, şüurlara etnik-mədəni informasiyalar ötür­məkdir. Müəllifin dərsliklə ötürmək, öyrətmək (və müəyyən mənada təlqin et­mək) istədiyi informasiya isə istər Azərbaycanlı tələbələrin, istərsə də digər türk xalqları tələbələrinin bilavasitə milli kimliyinin formalaşmasına xidmət edəcəkdir. Bu cəhətdən, Azərbaycanlı tələbənin fəxrlə qəbul etdiyi informasiyanı digər türk xalq­ları oxucularının da eyniemosional-psixoloji ovqatda qəbul etməsi ümumtürk tarixinə aid dərsliyin qarşısında duran ən böyük vəzifə və şərt olmuşdur. Birmənalı şəkildə təsdiq etmək olar ki, T.Cəfərov bu çətin, mürəkkəb metodoloji vəzifənin öh­dəsindən uğurla gəlmişdir.

İki cilddən ibarət dərsliyin elmi və pedaqoji məziyyətləri haqqında çox da­nış­maq olar. İndiki halda təqdimat-resenziya janrına uyğun qeyd etmək istərdik ki, dərs­liyin birinci cildi “Qədim dövr” və “Orta əsrlər” olmaqla iki bölmədən iba­rət­dir.

Dərsliyin “Qədim dövr” bölməsi “Türklərin ilkin vətəni sivilizasiya mər­kəz­lə­ri­nin biri kimi” və “Böyük Hun imperiyası” fəsillərini əhatə edir.

Kitabın “Orta əsrlər” bölməsi “Erkən orta əsrlərdə Mərkəzi Asiyanın türk xalq­ları (quşanlar, eftalitlər, jujanlar)”, “Erkən orta əsrlərdə Şərqi Avropada türk döv­lətləri (Hun, Avar, Xəzər)”, “Erkən orta əsrlərdə Mərkəzi Asiya və Altayın türk dövlətləri (I və II türk xaqanlıqları, Türkeş, Uyğur, Xakas)”, “Erkən orta əsrlərdə Şərqi Avropanın türk xalqları (Bulqar, Peçeneq, Qıpçaq)”, “Mərkəzi Asiyada ərəb istilaları və İslamın yayılması. Samanilər dövləti”, “Orta Şərqin feodal türk döv­lət­lə­ri (Oğuz, Qəznəli, Səlcuq)”, “Mərkəzi Asiyanın ilk müsəlman türk dövlətləri (Xa­rəzmşahlar, Qaraxanlılar, Qarakitaylar)”, “Misir və Yaxın Şərqin ilk müsəlman türk dövlətləri IX-XV əsrlərdə (Tulunoğulları, İxşidlər, Əyyubilər, Məmlüklər)”, “Monqol tayfa birliyinin yaranması və imperiyasının yüksəlişi”, “Anadolu bəy­lik­lə­ri”, “Mərkəzi Asiya və Şərqi Avropa monqol yürüşləri və hakimiyyəti dövründə (Ca­ğatay Ulusu, Hülakü Ulusu, Cuçu Ulusu)”, “Osmanlı imperatorluğu”, “Vol­qa­bo­­yu və Sibirin türk xanlıqları (Krım, Qazan, Həştərxan və Sibir xalqları. Noqay odası)”, “Mərkəzi Asiya, Orta Şərq və Hindistanın türk imperiyaları XIV-XVIII əsrlərdə (Teymur, Şeybanlı, Babur)” kimi fəsillərdən ibarətdir.

İkicildliyin ikinci cildi “Türk xalqları və dövlətlərinin yeni tarixi” və “Türk xalq­ları və dövlətlərinin müasir tarixi” kimi iki bölmədən ibarətdir. Birinci bölmə “Mər­kəzi Asiya xanlıqları (Qazax, Buxara, Xivə, Kokand) və onların Çar Rusiyası tə­­­rəfindən işğalı”, “Volqaboyu, Sibir, Altay və Uzaq Şərqin türk xalqları XIX-XX əs­rin əvvəllərində”, “Şərqi Türküstan türklərinin milli azadlıq mübarizəsi (XIX-XXI əsrin əvvəlləri)” kimi fəsilləri əhatə edir. İkinci bölmə isə “Rusiya və SSRİ-nin türk xalqları XX əsrin birinci yarısında (1900-1945-ci illər)”, “SSRİ-nin türk xalq­­­­­­ları XX əsrin II yarısında (1946-1991-ci illər)”, “SSRİ-nin süqutu. Müstəqil türk dövlətlərinin yaranması və inkişafı (1991-2024-cü illər)”, “Türk xalqlarının mə­­­­dəniyyəti” kimi fəsillərdən ibarətdir.

Göründüyü kimi ikicildlik məzmunu, mündəricəsi və xronoloji modeli ba­xı­mın­dan kifayət qədər mürəkkəb, əhatəli quruluşa malikdir. Burada “türk xalqları və dövlətlərinin tarixi” konsepti həm diaxron, həm də sinxron strukturu ba­xı­mın­dan dolğun şəkildə əhatə olunmuşdur.

İkicildlik zəngin tarixi mənbələr və tədqiqatlar əsasında yazılmışdır. Əsərin dili aydın, oxunaqlı olduğu üçün onda təqdim olunmuş informasiyanın səlis şəkildə qavranmasına şərait yaradır.

Şübhəsiz ki, türklərin saysız-hesabsız hadisələrlə zəngin olan tarixini bir əsər­də ümumiləşdirmək son dərəcə çətin məsələdir və burada müəyyən çatış­maz­lıq­la­rın olması da mümkündür. Ancaq açıqfikirli olması, obyektiv mövqeyi, konstruktiv fi­kirlərə sağlam yanaşması ilə fərqlənən T.Cəfərovun bu əsərinin tarixçi icti­maiy­yə­tin reaksiyaları ilə də gələcəkdə daha da təkmilləşdirəcəyinə və ikicildliyin təkcə Azər­baycanın deyil, ümumən, digər türk xalqları gəncliyinin də milli kimliyinin for­malaşmasında böyük rol oynayacağına inanırıq.

Seçilən
23
4
turkustan.az

5Mənbələr