ABŞ-ın Kentukki ştatında baş verən daşqın və tufanda 13 nəfər ölüb.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, daşqın fəlakətindən mindən çox insan xilas edilib, xeyli insan itkin düşdüb.
ABŞ-ın Kentukki ştatında 12, Qərbi Virciniyada bir və Kentukki ştatında 11 nəfər daşqınlar nəticəsində həlak olub. Corciya ştatında fırtınanın yaratdığı külək nəticəsində bir nəfər ağac evinin üstünə aşaraq ölüb. Qərbi Virciniya qubernatoru Patrik Morrisi bildirib ki, daşqınlar nəticəsində çoxlu insan itkin düşüb. Kentukki qubernatoru Endi Beşir daşqınlarda 1000-dən çox insanın xilas edildiyi məlumatını paylaşıb. Nyu-Yorkdan Alabama-ya qədər ən azı 700 min ev və iş yeri yağış, külək və daşqınlar səbəbindən işıqsız qalıb.
Fövqəladə vəziyyət elan edilən bölgədə axtarış-xilasetmə işləri davam edir.
//Gülnarə Abasova, Editor.az