AZ

"Sehirli papışlar"ın ağrılı sevincləri

No
İmam CƏMİLLİ,
AzərbaycanYazıçılarBirliyininüzvü,
Əfqanıstan Birinci Qarabağ müharibələrinin veteranı

(Q.Mehdinin "3 cüt ayaqqabı" kitabı haqqında mülahizələr)

Ustad qələm sahibi Qərib Mehdi ömrünün 70 ilini yaradıcılığa həsr edib. Ədəbi janrların bir çox növlərində qələmini sınayan yazıçı müraciət etdiyi hər bir janrda özünəməxsusluğunu saxlaya bilmişdir. Həmin fərqliliyin əsas akkordu kimi ədəbi aləmdə Qərib Mehdi üslubu yanaşması özünü təsdiq etmişdir.

Nasir kimi tanıdığımız Qərib Mehdi yaradıcılığı ədəbi-tənqidi yazılarresenziyalar; publisistika janrında əsərlər; bədii əsərlər – şeirlər, xatirələr, povestlər, hekayələr,dram esselərlə zəngindir.

Gördüyümüz kimi, Q.Mehdi nəsrə daha çox üz tutmuşdur. Bu, bəlkə , nəsrin meydanının daha geniş olması ilə bağlıdır. Fikrin doğruluğu yazıçının özünə məlumdur.

Əsas mövzuya keçməzdən əvvəl oxucuya Ustadın lirikasından nümunələr təqdim edərək onun şeir yaradıcılığına eksklüziv bir səyahət etməyi məsləhət bildik. Qərib Mehdinin lirik əsərlərinin toplandığı iki kitabdan bir neçə nümunəni sizə təqdim edirik:

Ağlınürəyinləbarışabilmir,

Məhəbbətoduylaalışabilmir,

Qurbanamdoğruçugözlərinəmən,

Gözlərinyalandandanışabilmir.

Daha sonra:

Kirpiklərkirpiyəəleləyirlər,

Baxışlarbaxışaodələyirlər,

Quşlaryuvasınaçəkiliraxşam,

Gözləringözümdəgecələyirlər.

Qərib Mehdinin "Gözlərin" adlı şeirindən gətirdiyimiz yuxarıdakı nümunə­lərdən göründüyü kimi, onun lirikası yanaşma, üslub orijinallığı ilə seçilir. Bu şeirdə sevən bir qızın etirazı ilə qarşılaşan etirazın içərisində razılıq əlamətlərini qızın sifət cizgilərində, baxışlarında müşahidə edən oğlanın içərisində öləziməkdə olan ümid şamının yenidən işıq saçmağa başlaması öz əksini tapır. Burada müəllifin "Gözlərin yalandan danışa bilmir" misrası "Göz ürəyin aynasıdır" xalq deyiminin təsdiqi kimi özünü göstərir.

Yeddi bənddən ibarət olan şeirlə tanışlıq zamanı oxucu şairin yaşanmış hisslərin poetik tərcümanı olduğunu görməyə bilməz.

Qərib Mehdi lirikasından başqa bir nümunəyə baxaq:

Həsrətinbənzərdaşa,

Ürəyimkövrəkşüşə,

Boynumolarbənövşə,

Səngörüşəgəlməsən.

"Sən görüşə gəlməsən" adlı daxili monoloqa bənzər bu şeirində şair ürək çırpıntısı həyəcanla vədə yerində sevgilisinin yolunu gözləyən aşiqin yaşadığı gərginliyi "Boynum olar bənövşə", "Buludum yağış ağlar", "Günəş işə çıxammaz" s. poetik ifadələrlə ifadə edir.

Dərdindənüzülənvar,

Yüzgörüb, yüzbilənvar,

Astaçalkirpiyini,

Gözündəəzilənvar.

Bayatı janrında yazdığı bu şeirdən göründüyü kimi, Qərib Mehdi nəsrdə , nəzmdə sözə yeni məna çaları verməyi bacaran qələm sahibidir.

Deyəsən, məqsəddən uzaq düşdük. Ustadın lirikasından bir-iki nümunə çəkməklə oxucuya demək istədik ki, Qərib Mehdinin nəzmdə özünəməxsus yolu var bu lirika, obrazlı deyim tərzi qeyri-ixtiyari Qərib Mehdinin nəsr dilinə öz təsirini göstərir. Məsuliyyətlə demək olar ki, Qərib Mehdinin nəsr dili bənzərsiz poetizmlə yoğrulmuş bir dildir.

Müəllifin nəsr yaradıcılığına onun 2024- ildə "Elm təhsil" nəşriyyatında çap olunmuş kiçik həcmli "3 cüt ayaqqabı" adlı kitabı əsasında nəzər salaraq, keçirəm məni düşündürən əsas məsələyə, yəni Qərib Mehdinin yenicə oxuduğum bu kitabı haqqında mülahizələrimi sizinlə bölüşməyə.

Kitabın redaktoru tənqidçi-jurnalist Firəngiz İdrisqızıdır (qeyd etmək istəyirik ki, o, müəllifin əksər kitablarının redaktoru olmuşdur).Gənc, istedadlı şair Eltun Türkelin kitaba yazdığı "Əzəmətli komandirin cəfakeş əsgəri" adlı rəydə Qərib Mehdinin "Baş komandirdi, ayaqlar əsgər!" ifadəsindən istifadə edilərək əsər haqqında maraqlı fikirlər söylənmişdir.

Əvvəlcə onu deyim ki, "3 cüt ayaqqabı", bəlkə , yazıçı Qərib Mehdinin həcmcə ən kiçik kitablarından biridir. Ancaq qətiyyətlə demək olar ki, bu kitabında da müəllif oxucu ilə böyük mənaları, qlobal mövzu ideyaları paylaşır. Hekayələr gerçək obrazların: xalq artisti, rejissor Ramiz Həsənoğlu, vəzifəli ticarət işçisi Zaur Quliyev (sonradan o, ədəbi aləmə daxil olmuş, hətta bədii yaradıcılığı "Simurq" mükafatına layiq görülmüşdür) Gəncə Regional Mədəniyyət idarəsinin rəisi Vasif Cənnətovun hadisələrə müdaxilələri ilə davam edir yazıçının qələmi ilə bədii məhsula çevrilir. Hekayədə adını çəkdiyimiz 3 nəfərdən başqa, bir neçə epizodik obraz da iştirak edir (məsələn, «Beşinci» satıcı obrazı). Ancaq, mən deyərdim ki, hər 3 hekayənin əsas obrazı Qərib Mehdinin ayaqqabılarıdır.

Yazıçı bu kitabına yazdığı "Ayaqlanan ayaqlayan ayaqqabılar haqqında" adlı ön sözlə hər üç hekayədə iştirak edən əşya obrazınınayaqqabının bir çox müəlliflərin əsərlərində yer almasını yada salır. Dünya Azərbaycan ədəbiyyatının bir çox görkəmli simalarını özündə ehtiva edən müəlliflərdən xalq yazıçıları: Anar, Elçin; şairlər: Şahmar Əkbərzadə, Ələsgər Əlioğlu; alman alimi Albert Eynşteyn, alman yazarı Henrix Böldən gətirilən sitatlar həmin müəlliflərin şəkillərinin verilməsi yazıçının daha bir maraqlı ədəbi priyomu kimi yadda qalır.

Ön sözdə istifadə etdiyi bu tərtibat yeniliyini bütün hekayələr boyu davam etdirən yazıçı "Ramiz Həsənoğlunun ayaqqabıları" adlı birinci hekayədə iştirakçılardan televiziya komitəsindən Gəray Fəzli rejissor Ramiz Həsənoğlunun; "Beşinci"də yazıçılar Zaur Quliyevin portretini təqdim edir.

Qərib Mehdikitabdaki üçüncü – "Dost başa baxar..." hekayəsində də Aşıq Ələsgər, Bəxtiyar Vahabzadə, Vaqif Səmədoğlu kimi müəlliflərin geyimlə, xüsusilə ayaqqabı ilə bağlı əsərlərini; Hindistan aktyoru Rac Kapur azərbaycanlı aktyor Əli Zeynalovun ayaqqabıları ilə bağlı əhvalatları xatırladır, onların da şəkillərini kitabın "rəsm qalereyası"na daxil edir.

İnsan geyimləri, onların ayrı-ayrı elementləri ilə bağlı bir çox əsərlər mövcuddur. Papaqdan tutmuş ayaqqabıya, dondan tutmuş yaxa düyməsinədək, şərfdən tutmuş əlcəyədək saysız-hesabsız geyim növləri bədii obraz kim istifadə olunmuşdur. Qərib Mehdi isə bu geyim obrazlarından ikisini daha geniş formada qələmə almış; «5 papaq»dan sonra onun «3 cüt ayaqqabı» da bu mövzular silsiləsinə qoşulmuşdur.

Kiçik yaşlarımızda "Sehirli papışlar", "Sehirli papaq", "Sehirli tütək", "Özüyeriyən ayaqqabı" haqqında nağılları çoxumuz eşitmişik. Nağıllara qulaq asan uşaqların sonda ürəklərində bir arzu baş qaldırırdı: «Kaş, mənim sehirli papışım, sehirli papağım, özüyeriyən ayaqqabım olaydı». Lakin bu istəklər uşaq dünyasının arzusu olaraq qalardı.

Qərib Mehdinin "3 cüt ayaqqabı" əsəri ilə "Sehirli papış" arasında bir yaxınlıq görürük. Fikrimiz ilk baxışda qaneedici olmaya bilər. Ona görə fikrimizə aydınlıq gətirmək üçün deyə bilərik ki, ustadın 50-dən çox kitabının oxucu ixtiyarına verilməsi onun "Sehirli papışlar"ının (ayaqqabılarının)fədakarlığıdır. Ustad haraya gedibsə, sözsüz ki, ayaqyalın yox, "sehirli papışlarla" gedibdir müşahidələrini qələmə alıbdır.

Maddi imkanının zəif olmasına görə, "Sehirli papışlar"ını vaxtlı-vaxtında təzələyə bilmədiyi üçün Ustadın içində bir ağrı gəzdirdiyi "3 cüt ayaqqabı" kitabındakı hekayələrində oxucunun diqqətini çəkməyə bilməz. Bütün yaradıcılığında reallığı önə çəkən Qərib Mehdi ilk baxışda adi, diqqət çəkməyən ayaqqabı detalını ziyalı təbəqənin ağrı-acısı fonunda ümumiləşdirərək oxucuya cəmiyyətin çatışmazlığı kimi təqdim edir.

Beləliklə, bu əsərlər zahirən məişət mövzulu kimi görünsələr , əslində, dərin məna daşıyır.

Qərib Mehdinin «Ramiz Həsənoğlunun ayaqqabıları» adlı birinci hekayəsində Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov haqqında televiziya filmi çəkən gənc rejissor Ramiz Həsənoğlunun təklifi ilə əsərə jurnalist obrazı daxil edilir bu rolu ssenari müəlliflərindən biri – Qərib Mehdi oynamalı olur. Rejissor jurnalistin (Qərib Mehdinin) pillələrlə addımlaması epizodunu çəkərkən gözü onun ayaqqabılarına sataşır:

– Müəllim, bu ayaqqabılardı geymisiniz?!. Məni çətin vəziyyətdə qoydunuz. Axı mən sizin ayaqqabılarınızı ön plana çıxarmalıyam. Başa düşmürəm, bu vəziyyətdə siz sinfə necə girir, uşaqların içində necə hərlənirsiniz?

İttihamdan azmaaşlı müəllim sıxıntı keçirir. Nəhayət, rejissor çıxış yolu tapır: bir kadrda ortaboylu, cavan müəllimin özünü çəkir, ayaqqabıları görünmür. Pillələrlə addımlayan nəhəng ayaqlar isə ona deyil, rejissorun özünə məxsus olur.

Bu dəyişmə zahirən adi çıxış yolu kimi görünsə , rəmzi məna daşıyır və oxucuya çox mətləblərdən xəbər verir.

«Beşinci» hekayəsində ayaqqabı yenə öz rəmzi rolunu davam etdirir. Əlaltından baha qiymətə satılan malların bir nümunəsi olan ayaqqabıların bu dəfə özü yox, qiyməti dəyişir. Qiyməti dəyişdirən isə bütün mənfiliklərə baxmayaraq, xalqın sənətə, sənətkara münasibətində müsbət istiqamətdir. Satıcı müəllifi tanıdıqda ona ayaqqabıları nəinki baha, öz qiymətinə satmaq, hətta bağışlamaq fikrinə düşür.

Sonra hekayə bu cümlələrlə davam edir:

"Yoldaş Quliyev vəzifəcə özündən aşağı olan satıcını üstələdionun pulunu geri qaytarıb öz cibindən ayaqqabının pulunu ödədi:

Bağışlamaq işində sən məni üstələyə bilməzsən. Mən "ziyana" düşməkdən daha çox qazandımimzasına hörmət etdiyim bir yazıçı ilə şəxsən tanış oldum".

Hekayədə ayaqqabı mövzusu da bu əşyanın vəsilə olduğu insan münasibətləri ilə davam edir nəhayət, Zaur Quliyevin yarızarafat, yarıciddi sözləri ilə yekunlaşır: "Bugünküuğurlarınız üçün bir az da mənə borclusunuz. Bu ayaqqabıları sizə bağışlamasaydım, sənətin çətin yollarında bu qədər məsafə qət edə bilməzdiniz".

Bəli, sənətə, sənətkara xalqın verdiyi qiymət onun yaradıcılıq uğurları üçün stimul olur.

"Dost başa baxar..." adlı üçüncü hekayədə yenə ayaqqabıdan rəmz kimi istifadə edilir. Region Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun sənətkara sürpriz ayaqqabı hədiyyəsi sənətə, sənətkara qayğıkeş münasibətin ifadəsi olur.

Hədiyyəni alan yazıçı təzə qara ayaqqabılarınıqaranın işıq saçmasını mədh edir. Yazıçı ayaqqabı ilə bağlı əsərləri olan yazarları bir daha yada salır.

Sənət adamının ayağını sevindirən, başını ucaldan rəhbərinVasif Cənnətovun Qərib Mehdinin bu hədiyə ilə bağlı sualına cavabı mənalıdır:

İnsanın xaricdə düşməni, daxildə istəməyəni olur. Bildiyimə görə, bu sarıdan sizin "qazancınız" az deyil. Bu halı unutmaq olmaz. Atalar sözüdür: "İnsanı geyiminə görə qəbul edib, ağlına görə yola salırlar". Sizdə tərəzinin bir gözü əyilir. Geyiminizə diqqət yetirsəniz, tərəzinin hər iki gözü düzələr.

Rəisin sözlərinin mənası aydındır: O demək istəyir ki, geyim forma olsa da, məzmunla vəhdət təşkil etməlidir.

Burada yazıçı bütün cəmiyyətə, xüsusilə onun elit təbəqəsinə gerçək sözə hörmət qoymağa, sənət adamlarını diqqətdə saxlamağa çağırış etmiş olur.

Mən bu yazımı gözəl yazıçı, dəyərli insan Qərib Mehdiyə həsr etdiyim şeirlə bitirmək istəyirəm.

QƏRİB

88 yaşlı qocaman yazıçı Qərib Mehdiyə

Qələmindən qidalanıb ruhlanan,

Gəncəmizdə örnək insandı Qərib.

Bir bağbandıŞeyx Nizami bağında,

Dəryadanböyükdü--ummandı Qərib.

Sözdən qala yapır, sərvət yaradır,

Əsərləri ağzımızda bal dadır,

Sadə dildə yazır, sözə dür qatır,

Bulaqdı, meşədi, ormandı Qərib.

Qocaman yaşında yaman şirindi,

Sirdi başdan-başa, ağlı dərindi.

Bizə qismət olub, o, bizlərindi;

Sözə girov, sözə qurbandı Qərib.

Danışanda dür tökülər dilindən,

Hamı məmnun olur xoş əməlindən.

Qələm düşmür bu yaşında əlindən,

On səkkizyaşında oğlandı Qərib.

Cəmillini heyran edib söz bağı,

O, xoşlamır sözdə olan yamağı.

Əskilməsin ömrü boyu xoş çağı,

Sənətə canverən bir candı Qərib.

dekabr, 2024- il

Seçilən
17
turkustan.az

1Mənbələr