ABŞ-nin bəzi ştatlarında güclü yağış daşqına səbəb olub.
"Cebheinfo.az" “CNN” telekanalına istinadən xəbər verir ki, Kentukki əyalətində 13 adam həyatını itirərkən, çox sayda insan itkin düşüb.
Bildirilir ki, biri Qərbi Virciniya, 11-i Kentukki ştatında olmaqla, ümumilikdə 12 nəfər daşqınlar nəticəsində ölüb.
Eyni zamanda, daha bir nəfər isə Corciyada fırtınanın yaratdığı küləklərdə ağacın evin üzərinə aşması nəticəsində həlak olub.
Qərbi Virciniya qubernatoru Patrick Morrisey bildirib ki, daşqınlar nəticəsində çoxlu insan itkin düşüb.
Kentukki qubernatoru Endi Beşir daşqınlarda 1000-dən çox insanın xilas edildiyi məlumatını paylaşıb.
ABŞ-nin bəzi ştatlarında həftəsonu yağan yağışlar səbəbindən daşqınlar baş verib.
Nyu-Yorkdan Alabamaya qədər ən azı 700 min ev və iş yeri yağış, külək və daşqınlar səbəbindən işıqsız qalıb.
Fövqəladə vəziyyət elan edilən bölgədə axtarış-xilasetmə işləri davam edir.