AZ

Səudiyyə Ərəbistanında ABŞ-Rusiya sammiti: BU GÜN İLK GÖRÜŞ BAŞ TUTACAQ!

ABŞ prezidenti Donald Trampın yanvarın 20-də vəzifəyə başlamasından sonra başlayan yeni müddətlə Rusiya və Amerika nümayəndə heyətləri bu gün Səudiyyə Ərəbistanında ilk dəfə görüşəcək.

Turkustan.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio və Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilk növbədə Rusiya-ABŞ münasibətlərini və Ukrayna məsələsini müzakirə edəcəklər.

Dünən görüşlə bağlı açıqlama verən Kremlin sözçüsü Dmitri Peskov deyib: “Bu görüşdə Rusiya-Amerika münasibətlərinin yaxşılaşdırılması məsələsi müzakirə olunacaq. Görüşdə, həmçinin Ukrayna probleminin həlli ilə bağlı mümkün danışıqlar və iki liderin görüşünə hazırlıqla bağlı məsələlər müzakirə olunacaq”.

Rusiyanın rəsmi kanalı "Russia Today" xəbər verir ki, hazırda Sergey Lavrov və Yuri Uşakovun başçılıq etdiyi Rusiya nümayəndə heyəti ABŞ nümayəndə heyəti ilə ikitərəfli danışıqlara başlamaq üçün Ər-Riyaddadır.

"Ən vacib məsələ bizimlə Vaşinqton arasında münasibətlərin real normallaşmasının təmin edilməsidir. Orada ciddi insanlar var və biz ciddi yanaşma ilə gəlmişik"-deyə, Uşakov qeyd edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
8
turkustan.az

1Mənbələr