AZ

Azərbaycan xaricdən minik avtomobilini neçəyə alır? - MƏBLƏĞ

Bu ilin ilk ayında Azərbaycan xaricdən 122 milyon 219 min dollar dəyərində 6 min 906 ədəd minik avtomobil idxal olunub.

Turkustan.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə 2024-cü inin yanvar ayı ilə müqayisədə ölkəyə idxal olunan minik avtomobillərinin sayı 1 263 ədəd və ya 22,4% , dəyəri isə 21 milyon 964 min dollar və ya 21,9% artıb.

Əvvəlki ildə Azərbaycana 100 milyon 255 min dollar dəyərində 5 min 643 ədəd minik avtomobili idxal edilib.

Qeyd edək ki, 1 ədəd minik avtomobilinin orta idxal qiyməti bu ilin ik ayına görə 17 min 698 dollar (30 min 86 manat) olub ki, bu da illik müqayisədə 69 dollar (117 manat) və ya 0,4% azalıb.

Qeyd dək ki, bu göstərici ötən ilin müvafiq dövründə 17 min 776 min dollar (30 min 203 manat) idi./publika.az

Seçilən
6
4
turkustan.az

6Mənbələr