Kanadanın Ontario əyalətinin Toronto hava limanında ABŞ-nin “Delta Airlines” şirkətinə məxsus təyyarənin eniş zamanı tərsinə çevrilməsi nəticəsində yaralananların sayı 18-ə çatıb.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ-nin Minneapolis şəhərindən Kanadanın Toronto şəhərinə uçan təyyarədə 76 sərnişin və 4 ekipaj üzvü olmaqla ümumilikdə 80 nəfərin olduğu və onlardan 18-nin yaralandığı bildirilib.
Şirkətin “Toronto Pearson” Beynəlxalq Hava Limanından gün ərzində həyata keçirməyi planlaşdırdığı digər reysləri də qəzaya görə təxirə salınıb.
Kanada mətbuatı hadisə zamanı bölgədə fırtına olduğunu qeyd edib.