AZ

Şahdəniz Kompressiya platformasında quraşdırılacaq sistemlər məlum olub

Bakı. Trend:

Şahdəniz Kompressiya platformasında bir neçə sistemlərquraşdırılacaq.

Trend-inməlumatına görə, bunu Şahdəniz Kompressiya (ŞDK) layihəsinin ƏtrafMühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi(ƏMSSTQ) sənədinin layihə variantını müzakirə etmək üçünictimaiyyətlə görüşdə layihənin meneceri Elşad Məhərrəmlideyib.

Onun sözlərinə görə, bu platformada yandırılmadan buraxılan qazsistemi quraşdırılması planlaşdırılır:

"Bu sistem texniki xidmət vaxtı orada olan təzyiqin azaldılmasıməqsədilə nəzərdə tutulub.

Bundan əlavə, bu platformada çox önəmli sistemlərdən biri olanqapalı drenaj sistemi, yağış sularının uzaqlaşdırılması üçün açıqdrenaj sistemləri, isitmə, soyutma sistemləri quraşdırılacaq.Materialların daşınması və yerləşdirilməsi üçün qurğuların(daşıyıcı kranlar) yerləşdirilməsi də həyata keçiriləcək".

Seçilən
32
az.trend.az

1Mənbələr