AZ

Boğazında qida qalan 8 yaşlı oğlan öldü

Abşeron rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, fevralın 17-si saat 18 radələrində 2017-ci il təvəllüdlü Səyid Zəkəriyəyevin nəfəs borusuna qida düşüb.

Hadisə onların yaşadığı Saray qəsəbəsindəki evlərində qeydə alınıb. 

Xəstəxanaya çatdırılan uşaq vəfat edib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Seçilən
10
31
qafqazinfo.az

10Mənbələr