Ankarada Birləşmiş Metal-İş Birliyinin şöbə sədri ilə katibi arasında yaranan mübahisə qanla başa çatıb.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, sədr Deniz Ilgan ilə katibi Erdinç Koç arasında mübahisə düşüb.
Belə ki, sədr üstündəki silahla Koçun başından vurub. Daha sonra o, intihar edib. Koç hadisə yerində dünyasını dəyişib, başından vurulan Ilgan da xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Sədrlə katibin arasında fikir ayrılığının olduğu bildirilib.