AZ

"Şahdəniz"də yeni layihə üzrə investisiya qərarı ilin sonunda qəbul olunacaq

"Şahdəniz Kompressiya" layihəsi üzrə son investisiya qərarı bu ilin sonunda qəbul olunacaq.

FED.az xəbər verir ki, bunu "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı "Şahdəniz Kompressiya" layihəsinin Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantının ictimai müzakirələri zamanı bildirib.

Onun sözlərinə görə, hazırda layihə ƏMSSTQ-nin hazırlanması, müzakirəsi və təstiq olunması mərhələsindədir, bundan sonra isə layihə üzrə son investisiya qərarının qəbul olunması istiqamətdə işlər aparılacaq.

"Layihə üzrə son investisiya qərarı bu ilin ikinci yarısında, ilin sonuna yaxın qəbul olunacaq", - Tamam Bayatlı qeyd edib.

Xatırladaq ki,“Şahdəniz Kompressiya” (ŞDK) layihəsi üzrə fəaliyyətlərin qrafikinə əsasən 2029-cu ilin ortalarında “Şahdəniz Alfa” (ŞDA) platformasından və 2030-cu ilin ortalarında “Şahdəniz Bravo” (ŞDB) platformasından ilk qaz (alçaq həzyiqli – red.) hasilatı nəzərdə tutulur.

“Şahdəniz Kompressiya” layihəsinə elektriklə çalışan Əsasən Heyətsiz Qurğu (eƏHQ) yəni, heyətsiz Şahdəniz Kompressiya (ŞDK) platforması, mövcud ŞDA və ŞDB platformalarından qazın ixracı/idxalı üçün yataqdaxili sualtı qaz boru kəmərləri, qurğunu elektrik enerjisi ilə təchiz etmək və ŞDB-ŞDK platformaları arasında birləşdirici EFOK-u ehtiyat enerji ilə təchiz etmək üçün ümumi elektrik və fiber optikkabel (EFOK) daxildir.

ŞDK platforması ŞDA və ŞDB platformalarında qaz kompressiyası üçün baş qurğu qismində xidmət göstərəcək. O, ŞDB platformasından təxminən 3km məsafədə suyun 85m dərinliyində yerləşəcək. Səngəçal Terminalına ixrac edilməzdən qabaq ŞDA və ŞDB-dən gələn qaz, mövcud ŞDA və ŞDB qaz ixrac boru kəmərlərindən istifadə edilərək, ŞDK platformasında kompressiya olunacaq.

Görüləcək işlər ŞDA, ŞDB platformalarının və Səngəçal Terminalının mövcud infrastrurunda aparılacaq. Səngəçal Terminalında (elektrik enerjisini qəbul edən və ötürən dəstin quraşdırılmasından başqa) yeni infrastruktur tələb olunmayacaq və terminalın ərazisi genişləndirilməyəcək.

Xatırladaq ki, təqribən 860 km2 sahəni əhatə edən ŞD Kontrakt Sahəsi Bakıdan təqribən 70km cənub-şərqdə yerləşir. Kontrakt Sahəsinin işlənməsi bugünədək “Şahdəniz Mərhələ 1“nin (ŞD1) və “Şahdəniz Mərhələ 2”nnin (ŞD2) daxil olduğu mərhələlər əsasında həyata keçirilib. ŞD yatağında əməliyyatlar, ŞD1 mərhələsinin tərkib hissəsi kimi, Şahdəniz Alfa (ŞDA) platformasından hasilatın başlanması ilə 2006-cı ildə başlayıb. Şahdəniz Bravo (ŞDB) platforması ŞD2 mərhələsi əsasında işlənib və 2018-ci ildə hasilata başlayıb. (Apa)

Seçilən
2
4
fed.az

10Mənbələr