Abşeron rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Redaktor.az xəbər verir ki, fevralın 17-si saat 18 radələrində 2017-ci il təvəllüdlü Səyid Zəkəriyəyevin nəfəs borusuna qida düşüb.
Hadisə onların yaşadığı Saray qəsəbəsindəki evlərində qeydə alınıb.
Xəstəxanaya çatdırılan uşaq vəfat edib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır (Qafqazinfo).