AZ

Yığmamızın heyəti açıqlandı

Kişi basketbolçulardan ibarət millimizin heyəti müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, yığmamız DÇ 2027-nin seçmə mərhələsinin qarşıdakı oyunlarına 12 basketbolçu ilə yollanacaq.

Komandamız fevralın 20-də Kosovo, üç gün sonra isə İrlandiya ilə qarşılaşacaq. Bu matçlarda baş məşqçi Tahir Baxşıyev Amil Həmzəyev, Endar Poladxanlı, Kamran Məmmədov, Əkbər Məmmədov, Elşad Şirzadov, Şirzad Şirzadov, Donta Hol, Saadettin Donat, Cəbrayıl Əkbərov, Orxan Aydın, Ercan Donat və Ulaş Turquta güvənəcək.

Qeyd edək ki, yığmamız Kosova ilə səfərdə, İrlandıya ilə isə evdə üz-üzə gələcək.

Seçilən
50
3
football-plus.az

7Mənbələr