1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Fransa Futbol Federasiyası Zinəddin Zidanla danışıqlar aparır.
Oxu.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Fransa millisinin baş məşqçi postuna əsas namizəd olan Zidanın müddətsiz müqaviləsi olacaq. Belə ki, o, millinin sükanı arxasında istədiyi qədər qala biləcək.
Mənbə onu da bildirib ki, bu, Zidanın 2021-ci ilin yayında "Real Madrid"dən ayrıldıqdan sonra gözlədiyi təklifdir.
Qeyd edək ki, 56 yaşlı Didye Deşam DÇ-2026-dan sonra Fransa millisindən ayrılacağını təsdiqləyib.
Xatırladaq ki, Zinəddin Zidan 2016-2018 və 2019-2021-ci illərdə "Real Madrid"ə rəhbərlik edib. O, məşqçi kimi üç dəfə Çempionlar Liqası, iki dəfə La Liqa, İspaniya Superkuboku, UEFA Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub.