AZ

Yol verdiyini düşünən sürücü yolun ortasında gözləyib hərəkəti dayandırdı - VİDEO

Xırdalanda geriyə dönmə manevrini düzgün yerinə yetirməyən sürücü maneə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 99-NC-208 qeydiyyat nişanlı "Ford" markalı avtomobilin sürücüsü geriyə dönən zaman əks tərəfdən gələn avtomobillərin qarşısını kəsib. Düzgün yerdə dayanmayan sürücü görüntünü qeydə alan avtomobilin hərəkətini məhdudlaşdırıb.

Əksər sürücülər geriyə dönən zaman əks yolda dayanırlar. Bu cür manevr qanunvericiliyə ziddir. Sürücü geriyə dönməzdən əvvəl öz zolağında dayanmalı, daha sonra qarşıdan gələn avtomobillərə maneə yaratmayacağına əmin olduqdan sonra manevrə başlamalıdır.

 

Könül Rauf

Seçilən
30
avtosfer.az

1Mənbələr