AZ

"Azərbaycanın bu təşkilata marağının əsası var" - Elxan Şahinoğlu

"Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Nurlan Yermekbayevin bir neçə gün əvvəl Hindistana səfəri diqqət çəkib. Qazaxıstanın keçmiş müdafiə naziri Nurlan Yermekbayev ötən il Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi təyib olunub. O bu vəzifədə 2027-ci ilə qədər fəaliyyət göstərəcək".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu özünün "Facebook" səhifəsində yazıb. O, çıxışına daha sonra bunları əlavə edib:

"Baş katib Dehlidə Hindistan rəsmiləri ilə görüşlərində təşkilatın fəaliyyət istiqamətlərini müzakirə edib. Nurlan Yermekbayev öncə Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankarla görüşüb. Onunla əsasən regional təhlükəsizlik mövzusu müzakirə olunub. Hindistanın xarici işlər nazirinin müavini Tanmay Lal isə Nurlan Yermekbayevlə görüşdə rəqəmsal texnoloji layihələrin və ətraf mühitin dəyişməsi ilə bağlı mövzular ətrafında fikir mübadiləsi aparıb. Baş katib Hindistanın ticarət və sənaye naziri Piyuş Qoyalla görüşündə təşkilat çərçivəsində enerji, nəqliyyat və kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı yollarını müzakirə edib. Baş katibin təkliflərindən biri üzv ölkələrdə müxtəlif sahələrlə bağlı sərgilərin keçirilməsidir.

Şanxay Əməkdaşlıq Təşkilatına hazırda Çin sədrlik edir. Təşkilata üzv ölkələrin liderlərinin və xarici işlər nazirlərinin növbəti sammitinə hazırlıq işləri gedir. Bu məsələ də Dehlidə müzakirə olunub. Baş katib təşkilatın səmərələliyinin artırılması təkliflərini hindli rəsmilərlə müzakirə edib. Maraqlıdır ki, Nurlan Yermekbayev Dehlidə təşkilata üzv ölkələrin səfirləri ilə də görüşüb.

Nurlan Yermekbayevin Dehlidə Şanxay Əməkdaşlıq Təşkilatına yeni üzvlərin qəbulu məsələsinin müzakirəsi barədə xəbər yayılmasa da, bu mövzunun baş katibin diqqət mərkəzində olduğu aşkardır. Mümkündür ki, Dehlidə qapalı müzakirələrdə təşkilata yeni üzvlərin qəbulu mövzusu da müzakirə olunub. Çünki, hansısa dövlət Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq və ya müşahidəçi statusu qazanmaq istəyirsə, buna bütün üzv dövlətlərin razılığı lazımdır. Qazaxıstan Azərbaycanın təşkilatla sıx əməkdaşlığını dəstəkləyir. Ötən ilin iyulun 3-də Qazaxıstanın paytaxtı Astanada təşkilatın zirvə toplantısı keçirilib. “ŞƏT+” formatında keçirilən sammitdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edərək niqt söyləyib. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatıın dialoq tərəfdaşı statusundadır. Azərbaycan ilə ŞƏT arasında 2016-cı ildə əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin hər biri ilə ikitərəfli əsasda tərəfdaşlıq münasibətləri mövcuddur. Bu səbəbdən Azərbaycanın bu təşkilata marağı əsaslıdır. Digər tərəfdən Azərbaycan bölgənin regional nəqliyyat layihələrini əsas üzvüdür. ŞƏT ölkələri arasında isə əsas mövzulardan biri regional nəqliyyat layihələrinin reallaşdırılmasıdır. Azərbaycanın növbəti mərhələdə hədəfi ŞƏT-də müşahidəçi statusu almaqdır".

Vasif

 

Seçilən
6
4
redaktor.az

5Mənbələr