“25 sentyabr 2023-cü ildə Xankəndidəki yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 200-dən çox qurbanımız oldu, bəziləri itkin düşdü, yaralıların sayı isə 300-ü keçmişdi”.
Bunu Ermənistan parlamentinin “Namusum var” fraksiyasının deputatı Tiqran Abramyan deyib.
O, 200-dən çox erməninin ölməsinə rəğmən məsələnin hələ də araşdırılmadığını bildirib:
“Ölənlər arasında “artsax müdafiə ordusu”nun əsgərləri də vardı. Hadisənin necə baş verməsi isə hələ də müəmmalı qalıb. Ölkədə hökumət bir maşını müsadirə edən kimi bütün dünyaya elan edilir, insanlar girib qiymətini və məsuliyyətli şəxsləri araşdırırlar. Amma onlarla insan ölüb, heç kimin vecinə deyil. Necə olur ki, xüsusi təyinatlılar tərəfindən mühafizə edilən məntəqə partlayır? Əsgərlərə partlayışa saatlar qalmış ərazidən geri çəkilmə əmrini kim verib? Hadisənin günahkarları hələ də cəzalandırılmayıblar”.
Qeyd edək ki, bu, rəsmi İrəvanın Qarabağ ermənilərinin taleyinə biganə yanaşmasını göstərən nümunələrdən biridir. Ermənistan hakimiyyəti onlardan sadəcə Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edir.
Əliyar Xəlil
Mənbə: globalinfo.az