AZ

Bloomberg: “Transatlantika alyansı Münhendə öldü”

AzVision.az xəbər verir ki, “Bloomberg” agetnliyi sonuncu məqamın avropalıları şoka saldığını və transatlantik alyansın klinik ölümünə səbəb olduğunu iddia edir.

“ABŞ-nin vitse-prezidenti Cey Di Vensin çıxışı zalda olanlara hörmətsizliklə dolu idi və 18 il əvvəl Putinin etdiyi kimi Avropanın təhlükəsizlik perspektivlərini dəyişdirə biləcək bir sıra mesajlardan ibarət idi. Putinin Münhen çıxışından sonra üç münaqişə (2008-ci ildə Gürcüstanda, 2014 və 2022-ci illərdə Ukraynada), Avropanın enerji bazarlarının və beynəlxalq institutlarının yenidən qurulması, Rusiya, Çin, İran və Şimali Koreyanın daxil olduğu yeni hərbi blokun yaradılması baş verdi”,- nəşrdə dərc olunan materialda deyilir.


Münhen Təhlükəsizlik Konfransında Vensin ilk mesajı Tramp administrasiyasının inqilabçı olmağa çalışdığının və öz inqilabını xaricə ixrac etməyə can atdığınınnümayişi idi. Amerikanın “yeni şerifi” əksər Avropa dövlətlərini “daxili təhlükə” kimi görür.

Cey Di Vensin fikrincə, Avropa transatlantik alyansın əsasını qoyduğu əsas demokratik dəyərlərdən imtina edib və ABŞ-nin yeni administrasiyası Avropa isteblişmentini liberal nizama qarşı mübarizədə rəqib kimi görür. Eyni zamanda, Avropa danışıqlar aparacaq böyük dövlətlərlə, yəni ABŞ, Rusiya və bəlkə də Çinlə məsləhətləşməyə və ya masa arxasında oturmağa layiq olmaq üçün çox zəifdir.

- Amerikanın liberalizmə qarşı yeni mübarizəsində Rusiya potensial müttəfiq kimi qəbul edilir. Üstəlik, Putinin Ukraynada və bəlkə də Avropada təsir dairəsi yaratmaq cəhdləri Tramp üçün beynəlxalq hüququn kobud şəkildə pozulması sayılmır, çünki o, Kanada, Qrenlandiya, Panama və Meksika körfəzində oxşar məqsədlər güdür”, - materialda vurğulanır.

Makron:“Trampın siyasəti elektroşok effekti yaradıb”
Bu baxımdan, ötən həftə avropalılar üçün yalnız sadəcə bir oyanış zəngi olmadı. Onların ən pis qorxuları gerçəkləşdi:avropalılar indi öz ümidlərinə buraxılıblar, artıq ABŞ-nin NATO-nun kollektiv müdafiə müqaviləsinin V maddəsinə əməl edəcəyinə arxalana bilmirlər və Tramp onları Putinlə bağlamağa ümid etdiyi sövdələşməyə qoşmaqetmək niyyətində deyil. Ən pisi isə odur ki, TrampKiyev üçün təhlükəsizlik zəmanəti də daxil olmaqla xərclərin böyük hissəsini Avropanın öz üzərinə götürməsini istəyir.

Amma istənilən halda Avropanın hələ də ABŞ-yə ehtiyacı var və bunu bilir. Halbuki, Tramp Amerikası artıq Avropaya ehtiyac görmür. ABŞ-nin geri çəkilməsi nəticəsində yaranan boşluğu Avropa çətin ki, doldura bilsin və bu, təkcə resursların çatışmazlığı deyil. Bu, həm də Tramp administrasiyasının Qoca qitədə parçalanmaları dərinləşdirmək üçün Ukraynadan və millətçilikdən paz kimi istifadə etmək niyyətində olduğu ehtimalı fonunda baş verir. Yeri gəlmişkən, bu məsələdə uğur qazana bilər.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
8
azvision.az

1Mənbələr