Olaylar.az xəbər verir ki, o aif.ru-ya müsahibəsində bildirib ki, Ukrayna yalnız xarici dəstəyə güvənir.
"Ukraynanın dövlətçiliyi o qədər zəifləyib ki, ancaq xaricdən verilən dəstək hesabına ayaqda qalır," - deyə Patruşev vurğulayıb.
Onun sözlərinə görə, Kiyev rejiminin xalq arasında dəstəyi yoxdur, prezident qeyri-legitimdir və neo-nasist hökumət Ukrayna vətəndaşlarını həyatlarını təhlükə altına qoyaraq idarə edir.
"Heç kim Ukraynanın dövlətçiliyini Zelenski və onun ətrafı qədər dağıtmayıb. Əlbəttə ki, onların xarici himayədarları da bu prosesdə mühüm rol oynayıb," - Patruşev qeyd edib.
Rusiya prezidenti Vladimir Putin dəfələrlə Ukraynanın müasir dövrdə tamamilə suverenliyini itirdiyini və Vladimir Zelenskinin özünü dövlət başçısı kimi qeyri-legitim şəkildə təqdim etdiyini bildirib. Ukrayna konstitusiyası hərbi vəziyyət şəraitində prezident seçkilərinin təxirə salınmasını nəzərdə tutmur. Kiyev seçkiləri keçirmədiyi üçün bu, Zelenskinin səlahiyyətlərinin 20 may 2024-cü ildə başa çatdığı anlamına gəlir.