AZ

"Ərimin xəyanətini tutub bıçaqla vurdum" - 4 uşaq anası ifadə verdi

Bakının Nizami rayonunda ərini qətlə yetirməkdə cəhddə təqsirli bilinən Aynur Nağıyevanın cinayət işi üzrə ilkin baxış  iclası  keçirilib.

"Unikal"ın məlumatına görə,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən dövlət ittihamçısı Rauf Malışov ittiham aktını elan edib. Məlum olub ki, Aynur Nağıyeva əri içkili olduğu üçün və evə gec-gec gəldiyi üçün bu hadisəni törədib. 

Təqsirləndirilən şəxs ittiham aktına yazılanlarla razı olmayıb və özünü təqsirli bilməyib. 

Dövlət ittihamçısı sübutların ardıcıllığı ilə ilk olaraq təqsirləndirlən şəxsin sonra isə zərərçəkən və şahid ifadələri ilə davam etməyi təklif edib. 

İfadə verən Aynur Nağıyeva hadisəni qısqanclıq zəminində törətdiyini bildirib:  "Mən 9 bıçaq vurmuşam, heç biri 1 sm-dən artıq daxilə nüfuz etməyib. Mən onun dəfələrlə xəyanətini, başqa qadınlarla danışığını tutmuşdum. Onun telefonuna format verəndə başqa qadınla səs yazısını gördüm. 4 uşağa baxırdım mən. Hadisə olan gecə evə gec gəldi. Gəldi dedi mənə çay gətir. Dedim kimin yanından gəlirsən, get o çay gətirsin sənə. Bu zaman dalaşdıq, çıxdı getdi təzədən araq alıb gətirdi. Ondan sonra məlum hadisə baş verdi. Mən boğaza yığılmışdım. Onu gecə saat 3-də telefonla oynaya-oynaya vurdum.  Müstəntiq mənə layiq olmayan şeylər yazıb ittiham aktında. Ailə qurmağımıza gəlincə, 2015-ci ildə ailə qurmaq istədim sonra o tutulduğu üçün 2017-ci ildə rəsmi ailə qurmuşuq. Nizami rayonunda kirayədə qalırdıq".

Məhkəmə prosesi 18 mart tarixinə kimi təxirə salınıb. 

Qeyd edək ki, Bakının Nizami rayonu ərazisində, əri, 1979-cu il təvəllüdlü Sakit Nağıyevi öldürməyə cəhd etməkdə şübhəli bilinən Aynur Nağıyeva saxlanılıb.

Araşdırma zamanı 1998-ci il təvəllüdlü Aynur Nağıyevanın birgə yaşadıqları evdə əri Sakit Nağıyevə kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Aynur Nağıyevanın barəsində Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Seymur Əli

Seçilən
9
4
unikal.az

5Mənbələr