Bakı, 18 fevral, AZƏRTAC
İndoneziyada məşhur turist adalarından biri olan Floresdə yerləşən Laki-Laki dağı ərazisində Levotobi vulkanında üç dəfə püskürmə qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ANTARA xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, ilkin püskürmə zamanı vulkanın külü 2484 metr, ikincidə 2084 metr, üçüncüdə isə 1984 metr hündürlüyə qalxıb. Püskürmələr yerli vaxtla saat 15:58, 16:22 və 23:43-də qeydə alınıb.
Açıqlamaya görə, püskürmələr seysmoqrammada qeydə alınıb və müvafiq olaraq, bir dəqiqə 42 saniyə, bir dəqiqə 18 saniyə və 50 saniyə müddətlərində davam edib.
Hazırda icmaya və ziyarətçilərə püskürmə mərkəzində və altı kilometr radiusda hər hansı fəaliyyətlə məşğul olmaq qadağandır.