AZ

Ağcabədidə mağazalardan silsilə oğurluq edən şəxsi polis saxladı - VİDEO

Ağcabədi Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən müxtəlif mağazalardan oğurluqlar edilməsi barədə məlumatlar daxil olub.

"Unikal" xəbər verir ki, keçirilən tədbirlər nəticəsində əvvəllər də eyni əmələ görə məhkum olunmuş Bəhram Yolçuyev saxlanılıb. Onun mağazalardan etdiyi oğurluqlar müşahidə kameraları vasitəsi ilə də qeydə alınıb. 

Faktla bağlı cinayət işi başlanılaraq araşdırma aparılır.

B.Yolçuyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Seçilən
17
1
unikal.az

10Mənbələr