AZ

Flik oyunçusunu əsas heyətdən çıxarıb

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik müdafiəçi Jül Kundenin cəzalandırılması ilə bağlı danışıb.

Apasport.az xəbər verir ki, almaniyalı mütəxəssis son oyundan sonra keçirilən mətbuat konfransında Kundenin əsas heyətdə yer almamasının səbəbini belə əsaslandırıb:

“Kunde toplantıya gecikdi, ona görə də o, əsas heyətdə deyildi. Oyundan əvvəl iki-üç görüş keçiririk. Məncə, vaxtında gəlmək o qədər də çətin deyil. O, bu görüşlərə də gecikdi. Bizdə aydın bir qayda var. Bu baş verməməlidir”.

Fransalı futbolçu kataloniyalıların minimal hesablı qələbəsi ilə (1:0) başa çatan “Rayo Valyekano” ilə matçda start heyətində yer almayıb. Flik onu matçın 66-cı dəqiqəsində meydana buraxıb.

"Bavariya" "Bayer"in futbolçusu üçün 140 milyon ödəməyə hazırdır

"Mançester Yunayted" Eriksenlə bağlı qərarını verdi

Neymar "Santos"da ilk qolunu vurub - VİDEO

Ranyeri Dibalanın son durumunu açıqlayıb

“Real”ın futbolçusu Premyer Liqa klubuna keçə bilər

Seçilən
18
apasport.az

1Mənbələr