“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” 214 min manatlıq bolt-qayka alacaq...
Poliqon tender məlumatlarına istinadən xəbər verir ki, “İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin mexanika sahəsi üçün lazım olan bolt-qaykaların satın alınması ilə bağlı tenderin qalibi elan olunub.
Ümuni büdcəsi 214.155,78 AZN olan satınalmanın qalibi “Direct Line Trading” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
“Direct Line Trading” MMC-nin nizamnaə kapitalı 10 manatdır. Şirkət Nizami rayonu, Heydər Əliyev prospekti 181A ünvanında qeydiyyatdan keçib və hüquqi təmsilçisi Məmmədov Sənan Vaqif oğludur.
Poliqon.info