Bakı.Trend:
Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının bərpasınınbeynəlxalq gündəmdə yer alması üçün davamlı səylər göstərilir.
Trend xəbərverir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrəMüvəkkili (Ombudsman) Səbinə Əliyeva “Milli mənsubiyyət hüquqununkonstitusion əsasları və tarixi aspektləri” mövzusunda beynəlxalqkonfransda deyib.
"Müasir dünyada geniş yayılmış qloballaşma kontekstində millimənsubiyyətin, o cümlədən, milli adət-ənənələrin qorunub saxlanmasıxüsusi əhəmiyyət kəsb edir. Belə ki, qloballaşma prosesi ümumbəşəridəyərlərə əsaslanmalı, insanların hüquq və azadlıqlarının dahayüksək həssaslıqla müdafiəsinə töhfə verməli, lakin heç bir haldamilli kimliyin dəyişdirilməsinə, assimilyasiyaya əsasyaratmamalıdır. Hesab edirəm ki, ölkəmiz həm milli kimliyinqorunması, həm də qlobal inteqrasiya sahəsində balanslı modelyaradılması istiqamətində vacib səylər göstərir.
Həmçinin, vurğulanmalıdır ki, ölkəmizdə 20-dən çox millətin vəetnik qrupun nümayəndələri yaşayır və Azərbaycan uzun əsrlərdirdavam edən tolerantlıq ənənələri, öz multikultural mühiti ilə dünyaüçün bir nümunədir", - o bildirib.
Onun sözlərinə görə, təəssüf ki, beynəlxalq sənədlərdə, milliqanunvericilikdə milli mənsubiyyətə görə ayrı-seçkilik qadağanolunsa da, dünyada insanların milli və etnik mənsubiyyətinə görətəqib olunması, ayrı-seçkiliyə, soyqırımı kimi dəhşətli cinayətlərəməruz qalması hallarına rast gəlinir.
"Azərbaycan bu siyasətin nəticələrindən ən çox zərər çəkmişölkələrdən biridir. XX əsrin əvvəllərində soyqırımına məruz qalmışxalqımız, həmin əsrin sonlarından etibarən yenidən ErmənistanınAzərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü ilə özünügöstərən nifrət siyasətinin qurbanına çevrilib.
Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlının etniktəmizləməyə məruz qalması, onların izlərinin əsrlərlə yaşadıqlarıərazilərdən silinməsi məqsədilə tarixi-mədəni abidələrinindağıdılması, özgəninkiləşdirilməsi məhz milli mənsubiyyətinin inkarolunmasının, Azərbaycanofobiya və etnik nifrət siyasətiningöstəricisi idi. XX əsrdə dəfələrlə deportasiyaya məruz qalmış,eləcə də 1987-ci ildən başlayaraq Ermənistandan qovulmuşazərbaycanlıların hüquqlarının bərpası və bu məsələnin beynəlxalqgündəmdə yer alması üçün hazırda Azərbaycan dövləti davamlı səylərgöstərir.
Məlum olduğu kimi, bu il Ermənistanın uzun illərazərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, nifrət vəsoyqırımı siyasəti nəticəsində törədilmiş, bəşər tarixinə ən qanlısəhifələrdən biri kimi həkk olunmuş Xocalı soyqırımından 33 ilötür.
Bu qanlı hadisə insanların milli mənsubiyyətinə görəamansızcasına qətlə yetirildiyi ən ağır faciələrdən biridir. Hər iltərəfimizdən bu mövzuda bəyanat hazırlanaraq aidiyyəti beynəlxalqtəşkilatlara göndərilir, bu soyqırımına hüquqi qiymət verilməsinə,təqsirkarların məsuliyyətə cəlb edilməsinə dair çağırış edilir", -o əlavə edib.