AZ

Keçmiş Sovet dövlətləri və Avropa ciddi təhlükə qarşısında: “Əgər Ukrayna bu addımı atsa…”

Bütün dünyanın diqqəti Səudiyyə Ərəbistanına yönəlib. Rusiya və ABŞ prezidentlərinin görüşünə hazırlıq mərhələsində iki ölkənin xarici siyasət idarəsinin rəhbərləri bir araya gələrək müəyyən məsələləri müzakirə etməyə hazırlaşırlar. Ekspertlər hesab edir ki, əsas müzakirə mövzusu Ukrayna ilə bağlı olacaq. Bəs görüşdən gözləntilər nədir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Oqtay Qasımov bildirib ki, son üç ildə ilk dəfə olaraq Amerika və Rusiya nümayəndələri bir araya gəliblər. Məqsəd ikitərəfli münasibnətləri müzakirə etmək, eyni zamanda Ukrayna müharibəsinin yekunlaşdırılması ilə bağlı müzakirələr aparmaq və gələcək Tramp-Putin görüşünü hazırlamaqdır:

Oqtay

“ABŞ tərəfinin verdiyi bəyanatlar həm Ukraynada, həm də bütün dünyada ciddi suallar doğurmaqdadır. Çünki amerikalıların Rusiya ilə bağlı verdikləri yumuşaq mesajlar faktiki olaraq Rusiya işğalına təşviq kimi dəyərləndirilir. Amerikanın hal hazırkı davranışı, xüsusilə də Münhen Təhlükəsizlik Konfransında vitse-ptrezident Vensin çıxışı onu göstərir ki, Birləşmiş Ştatların siyasətində ciddi dəyişikliklər gözlənilməkdədir. Xüsusilə də avropalı müttəfiqlərin ittiham edilməsi onu göstərir ki, ABŞ özünün yaratdığı 80 illik təhlükəsizlik arxitekturasından geri çəkilməklə, Çin və Rusiya ilə dünyanın yenidən bölüşdürülməsi məsələsini gündəmə gətirir. Hərçənd bunlar hamısı ehtimaldır. Hələlik bu görüş başlamadan, onun ilkin nəticələri məlum olmadan hansısa qənaətə gəlmək və konkret fikir söyləmək doğuru olmaz. Hər halda dünyada yeni bir nizam qurulmağa doğuru gedir. Artıq İkinci Dünya Müharibəsindən bəri mövcud olan təhlükəsizlik çəpəri dağılır. Bu sistem arxada qaldıqdan sonra yeni dünya nizamında Amerika hansı rolu oynayacaq? ABŞ özünün ənənəvi müttəfiqləri ilə hansı formada davranacaq, yeni dünya nizamı necə qurulacaq? Təbii ki,  bunlar hamısı müzakirə olunacaq məsələlərdir. Müəyyən narahatlıqlar var. Əgər Ukraynada Rusiyaya güzəştlər edilsə, bu, Kremlin iştahını daha da artıracaq və keçmiş Sovet məkanı üçün müəyyən risklər yaranacaq. O cümlədən Avropanın təhlükəsizliyi üçün ciddi sınaq dövrü başlayacaq.

Səudiyyə Ərəbistanında Rusiya və ABŞ liderlərinin görüşü planlaşdırılır. Bu görüşün yeni dünya nizamına nəcə təsir edəcəyi isə hələlik sual altındadır”.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
5
konkret.az

1Mənbələr