AZ

Ermənistanda əsgər ölümü ilə bağlı cinayət işi AÇILDI

Ermənistan ordusunun hərbi qulluqçusu Sevak Ovannisyanın ölümü ilə bağlı cinayət işi açılıb.

Redaktor.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan məlumat verib.

İbtidai istintaq aparılır, saxlanılan yoxdur.

Hazırda hərbi müstəntiqlər hadisənin tam mənzərəsini aydınlaşdırmaq və hərbçinin ölüm səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər həyata keçirirlər.

Qeyd edək ki, fevralın 17-də səhər saatlarında Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun meyiti aşkarlanıb.

Seçilən
5
5
redaktor.az

6Mənbələr