AZ

Yaşar Vahabzadə U-21-ə hədəfi göstərdi

Fevralın 6-da 21 yaşadək futbolçulardan ibarət millilər arasında final mərhələsi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində yığmamızın da rəqibləri müəyyənləşib.

B qrupunda yer alan U-21 Portuqaliya, Çexiya, Bolqarıstan, Şotlandiya və Cəbəllütariq yığmaları ilə mübarizə aparacaq. 2025-ci ilin martında başlayacaq seçmə mərhələ 2026-cı ilin oktyabrına qədər davam edəcək. Xatırladaq ki, Samir Əliyevin istefasından sonra U-21-i kimin çalışdıracağı hələ də bilinmir.

U-21-in sabiq baş məşqçisi Yaşar Vahabzadə püşkü belə dəyərləndirdi:

“Pis qrupa düşməmişik. Portuqaliya ilə Çexiyanı qrupun favoriti saymaq olar. Digər yığmalarla isə mübairzə apara bilərik. Bu qrupda 3-4-cü yerlər uğrunda oynamaq olar”.

Yaşar bəy “AFFA təklif etsə, yenidən U-21-in “sükanı arxasına” keçərsizmi” sualımıza isə belə cavab verdi:

“Hələlik mənə təklif gəlməyib. Belə bir söhbət və ya danışıq yoxdu”.

ƏSƏD SEYİDOV
Seçilən
52
football-plus.az

1Mənbələr