AZ

İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçildi

Milli Olimpiya Komitəsinin (MOK) IX Hesabat-seçki baş məclisi işə başlayıb.

Fanat.Az xəbər verir ki, baş məclis MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin sədrliyi ilə keçirilir.

Milli Olimpiya Komitəsində təşkil olunan tədbirdə əvvəlcə qurumun 4 illik hesabatı dinlənilib. .

Azərbaycan Prezidenti İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilib.

MOK-un IX Hesabat-seçki baş məclisində dövlətimizin başçısı yekdilliklə növbəti 4 il müddətinə qurumun rəhbəri seçilib.

Baş məclisdə, həmçinin İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının üzvlüyünə də seçkilər keçirilib.

Prezident İlham Əliyev, eyni zamanda, Azər Əliyev, Çingiz Hüseynzadə, Zemfira Meftahətdinova, Fərid Mansurov, Elnur Məmmədli, Faiq Qarayev, Alla Həsənova, Nazim Hüseynov və Namiq Abdullayev MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Seçilən
17
44
fanat.az

10Mənbələr