AZ

"Liverpul" Heysen ilə maraqlanır

"Bornmut"un mərkəz müdafiəçisi Din Heysen İngiltərənin başqa komandasına keçə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkələrdə məlumat verib.

Məlumata görə, futbolçu ilə "Liverpul" maraqlanır.

Klub futbolçu üçün 60 milyon avro təklif etməyə hazırdır.

Bu, 19 yaşlı futbolçunun müqaviləsində yazılan satınalma bəndidir. Bu mövsüm Heysen 22 oyun keçirib, iki qol vurub.

"Transfermarkt" portalının ekspertləri onun bazar dəyərini 18 milyon avro qiymətləndirirlər.

Seçilən
29
operativmm.az

1Mənbələr