Ukrayna prezidenti Vladimir Zelenski ötən cümə axşamı, fevralın 13-dən bəri ölkə sakinlərinə ənənəvi axşam müraciətini davam etdirib. “Strana.ua” nəşrinin Teleqram kanalında yayılan məlumata görə, o, Rusiya ilə hərbi münaqişə başlayandan bəri belə uzun fasilə verməyib.
Qeyd edilib ki, bu günlər Zelenski üçün xeyli məşğul həftə sayılır. O, ABŞ-nin maliyyə nazirinin Kiyevə səfərindən tutmuş digər mühüm beynəlxalq görüşlərdə olub. Həmçinin dövlət başçısı Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya, BƏƏ və Türkiyəyə səfər edib. Lakin bu, Zelenskinin ilk beynəlxalq görüşləri deyil və əvvəllər o, nadir hallarda ukraynalılara müraciətləri qaçırıb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural