AZ

Ər-Riyad görüşü sülh danışıqlarının başlanğıcı deyil?

Xəbər verdiyimiz kimi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya nümayəndə heyətlərinin danışıqları başlayıb. Xarici KİV-in yaydığı məlumata görə, tərəflər Ukraynada müharibəyə son qoymaq perspektivlərini müzakirə etməyi planlaşdırırlar.


Bir sıra Rusiya KİV-ləri rus və amerikalı diplomatlar arasında danışıqların erkən başlanması barədə məlumat yayıb. Bundan əlavə, nümayəndələrdən ilk açıqlamalar da verənlər var.


Bəzi Vaşinqton rəsmiləri görüşün sülh danışıqlarının başlanğıcı olmadığını təkid edir. Ağ Ev komandası danışıqların Rusiyanın müharibəni bitirmək məsələsində “ciddi” olub-olmadığını yoxlamaq üçün hazırlandığını da gizlətmir.

Tural

Seçilən
9
news365.az

1Mənbələr