AZ

Türk liderlərin təcili Zirvə toplantısı keçiriləcəkmi?

Münhen konfransının zəlzələyə bənzər nəticələri, ABŞ vitse-prezidenti Cey Di Vensin Avropa demokratiyasını sərt tənqid etməsi, Trampın brutal addımları və onun Rusiya-Ukrayna müharibəsini Putinlə ikilikdə (Ukraynasız və Avropasız) danışıb bitirmək qərarı Avropa liderlərini hərəkətə gətirdi.

Onlar Parisdə təcili toplantı keçirirlər. Avropanın nə etməli olduğunu və dünyanın gələcəyini müzakirə edirlər. Və fevralın sonunda yenidən bir araya gələcəklər.

Bəs, Türk dövlətlərinin sürətlə dəyişən qlobal proseslərə münasibəti necədir? Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderləri də Avropa İttifaqının liderləri kimi təcili bir araya gəlməyi planlaşdırırlarmı?

Axı Tramp-Putin razılaşmaları və Ukrayna ilə bağlı qəbul ediləcək qərarlar Türk dünyası üçün də yeni çağırışların və yeni reallıqların meydana gəlməsinə səbəb ola bilər. Ona görə də TDT liderləri bundan sonra ildə bir-iki dəfə yox, tez-tez bir araya gəlməli, yeni gəlişmələri operativ dəyərləndirməli və duruma uyğun adekvat qərarlar qəbul etməlidirlər.

Bir sözlə, Tramp-Putin sövdələşmələri Avropanın birliyini gücləndirdiyi kimi Türk birliyinin də real gücə, qlobal aktora çevrilməsinə təkan verməlidir.

Moskvanın yaratdığı MDB kimi, KTMT kimi formal birliklər artıq öz ömrünü başa vurub. İndi türk dövlətləri hiper aktiv olmalı və məhz TDT-nı real gücə çevirməlidirlər. Bu, bir tarixi fürsətdir.

Araşdırmaçı jurnalist Bəybala Mirzəyev

Seçilən
40
1
ictimairey.az

2Mənbələr