Kiyev, 18 fevral, AZƏRTAC
Çexiya, Rumıniya və Sloveniya qəzəblənib. Bu ölkələr Parisdə keçirilən Avropa liderlərinin sammitinə dəvət olunmayıb.
AZƏRTAC “Unian”a istinadla xəbər verir ki, bu barədə “Le Monde” nəşri yazıb. Qəzet yazır ki, Çexiya hökumətində olan mənbəyə görə, Polşadan başqa heç bir Avropa ölkəsi Çexiya qədər ukraynalı qaçqın qəbul etməyib. O, həmçinin qeyd edib ki, Praqa Ukrayna üçün “ən effektiv silah təchizatı sistemlərindən birini” təşkil edib.
Qəzetin həmsöhbəti görüşün təşəbbüskarı olan Fransa prezidenti Makronun “təkəbbürü”ndən hiddətlənib. Öz növbəsində, Rumıniyanın müvəqqəti dövlət başçısının müdafiə və təhlükəsizlik məsələləri üzrə müşaviri Buxarestin səylərinə rəğmən ölkə nümayəndəsinin Parisə dəvət edilməməsindən təəssüfləndiyini bildirib.
Sloveniya Prezidenti isə deyib ki, sammitin təşkilatçıları bütün Avropa ölkələrini dəvət etməməklə “dünyaya göstərirlər ki, hətta Aİ daxilində də dövlətlərini hamısı bərabər hesab olunmur”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev