Azərbaycanın yığmasının hücumçusu Mahir Emreli şərəfini qoruduğu "Nürnberq" klubunun məşq bazasına qayıdıb. 

Offsideplus.az xəbər verir ki, bu barədə sözügedən komandanın idman direktoru Yoti Xatsialeksiu Almaniyanın BILD nəşrinə məlumat verib.

"Nürnberq" rəsmisinin sözlərinə görə, futbolçumuz hələlik məşqləri burada davam etdirəcək: "Mahir Emreli bazaya qayıdıb və bir daha məşqlərdən uzaqlaşdırılmayacaq".

Y.Xatsialeksiu həmvətənimizin Cənubi Koreyadan aldığı təkif barədə də danışıb: "Bu barədə Mahirlə söhbətim olub. Bizə heç bir təzyiq yoxdur: əgər Cənubi Koreya klubunun təklifi olarsa, onda bu variant gündəmdə olacaq. Əks təqdirdə, Mahir komandamıza oynamağa davam edəcək və ümidvaram ki, qollarını sıralayacaq. Yalnız bu zaman mən dəyişikliklər haqqında düşünəcəyəm. Məlumdur ki, Mahirin dəyəri var, ona müəyyən məbləğ ödəmək lazım gələcək".

Qeyd edək ki, Emreli Cənubi Koreyanın "Seul" klubundan təklif alıb. Son vaxtlar heyətə düşə bilməyən hücumçu ötən həftənin çərşənbə günü "Nürnberq"də məşqləri dayandırmışdı. Bu səbəbdən o, Almaniya 1-ci Bundesliqasının axırıncı turunu buraxmlı olub.