Rusiya və Amerika Birləşmiş Ştatlarının (ABŞ) Səudiyyə Ərəbistanında başlayan görüşünün ilkin nəticələri açıqlanıb.
“Cebheinfo.az” xəbər verir ki, bu haqda Rusiya İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev Ər-Riyadda jurnalistlərə açıqlamasında danışıb. O bildirib ki, Rusiyanı cilovlamaq siyasəti iflasa uğrayıb. Dmitriyev əlavə edib ki, Rusiya ilə ABŞ arasında danışıqlarda irəliləyiş yaxın 2-3 ay ərzində mümkündür. “Amerika şirkətləri Rusiya bazarında öz mövqelərini itiriblər, bu da onların gələcək strategiyasına təsir edəcək”.