“İranın nüvə proqramı ilə bağlı məsələ diplomatik yollarla həll oluna bilər”.
Missiya.Az xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov “IRNA” agentliyinə müsahibəsində deyib.
“Biz əminik ki, iştirak edən bütün tərəflərin siyasi iradəsini nəzərə alaraq, İranın nüvə proqramı məsələsi diplomatik yollarla həll edilə bilər və həll edilməlidir”, - deyə siyasətçi bildirib.
Qeyd edək ki, bundan əvvəl “The Wall Street Journal” Amerika kəşfiyyatındakı yüksək vəzifəli mənbələrə istinadən İsrailin 2025-ci ildə İranın nüvə obyektlərinə zərbə endirə biləcəyini yazıb.
Daşqın HəsənovMissiya.Az