AZ

Matviyenkonun rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti Efiopiyaya səfər edib – ÖZƏL

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Efiopiyanın paytaxtı Əddis-Əbəbəyə yola düşüb.

Olaylar.az xəbər verir ki, Federasiya Şurasının mətbuat xidməti bildirib ki, The Ethiopian Herald qəzeti bu səfəri "tarixi" adlandırıb.

Qəzet yazır ki, səfər iki ölkə arasında bir sıra perspektivli layihələrin əsasını qoyaraq, xalqlar üçün faydalı olacaq.

Səfər ərəfəsində Matviyenko qəzetə müsahibəsində bildirib ki, əsas məqsəd "ənənəvi olaraq qarşılıqlı faydalı və məhsuldar ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsinə təkan verməkdir."

"Ölkələrimizi qarşılıqlı hörmətə əsaslanan zəngin tarix birləşdirir. Efiopiya Rusiyanın diplomatik əlaqələr qurduğu ilk Afrika paytaxtı olub. O vaxtdan bəri münasibətlərimiz daha da möhkəmlənib və bizim əsas vəzifəmiz bu inkişafı bütün sahələrdə dəstəkləməkdir," - Matviyenko vurğulayıb.

O əlavə edib ki, Efiopiya ilə uğurlu danışıqların açarı Rusiyanın onilliklər ərzində göstərdiyi davamlı dəstəkdir. "Efiopiya xalqı keçmiş SSRİ-nin mühüm töhfəsini dərin hörmət və minnətdarlıqla xatırlayır. Sovet İttifaqının dəstəyi ilə sənaye müəssisələri, enerji obyektləri tikilib və hərbi-texniki əməkdaşlıq inkişaf edib," - deyə o qeyd edib.

Matviyenko səfərin uğurlu olacağına ümid etdiyini bildirib.

Nümayəndə heyətinin tərkibinə senatorlar, 14 nazirlik və qurumun nümayəndələri, aparıcı şirkətlərin və elmi təşkilatların təmsilçiləri daxildir. Səfər çərçivəsində Matviyenkonun Efiopiya rəhbərliyi və parlamentin hər iki palatasının spikerləri ilə görüşləri, həmçinin Sputnik redaksiyasının rəsmi açılış mərasimində iştirakı nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
olaylar.az

1Mənbələr