AZ

Şimali Koreya: ABŞ absurd bir plan hazırlayır

Şimali Koreyanın dövlət mediası xəbər verir ki, Şimali Koreya Xarici İşlər Nazirliyi ABŞ-ın Şimali Koreyanın nüvəsizləşdirilməsi planını “absurd və köhnəlmiş” plan kimi qiymətləndirib.

Turkustan.az xəbər verir ki, məlumata görə, Şimali Koreya nüvə gücünü artırmağa davam edəcək.

Bu barədə ABŞ dövlət katibi Marko Rubionun yaponiyalı və cənubi koreyalı həmkarları ilə görüşündən sonra bəyanat yaymasından sonra bildirilib.

Şimali Koreya son aylarda ballistik raket sınaqlarını artırsa da, ABŞ-ın Sakit okeanda atdığı yeni addımları öz təhlükəsizliyinə təhdid hesab edir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
8
turkustan.az

1Mənbələr