AZ

Ötən il dövlətə ən çox vergi ödəyən şirkətlərdən biri “Grand-Mart” MMC olub

"Grand-Mart" MMC-yə Megastore, Bolmart, Grandmart və Baqqal mağazalar şəbəkəsi daxildir.

2024-cü ildə ən çox vergi ödəyən və bu məlumatın ictimaiyyətə təqdim edilməsinə razılıq verən şirkətlər arasında Azərbaycan pərakəndə bazarının aparıcı şirkətlərindən biri olan “Grand-Mart” MMC də yer alıb.

"Grand-Mart" MMC-yə Megastore, Bolmart, Grandmart və Baqqal mağazalar şəbəkəsi daxildir.

Operativ Media xəbər verir ki, Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayan “Grand-Mart” MMC ötən il dövlət büdcəsinə 13,6 milyon manat vergi ödəyib.

Ölkə iqtisadiyyatına mühüm töhfələr verən marketlər şəbəkəsi eyni zamanda sabit iş yerləri yaratmaqla öz dayanıqlığını qoruyur. “Grand-Mart” MMC-də hazırda 6000-ə yaxın əməkdaş çalışır.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2024-cü ildə ən çox vergi ödəyən 100 şirkətin adını açıqlayıb. Bu siyahının ictimaiyyətə təqdim edilməsi şəffaflığın artırılması baxımından təqdirəlayiq və müsbət hal kimi qiymətləndirilib.

Xatırladaq ki, Azərbaycan pərakəndə bazarında 20 ilə yaxındır fəaliyyət göstərən “Grand-Mart” MMC  bu illər ərzində müştərilərinin etibarını qazanaraq ölkənin ən geniş yayılmış ticarət şəbəkələrindən birinə çevrilib. Hazırda 100-dən çox filialı ilə xidmət göstərən “Grand-Mart” müştərilərinə 40 mindən çox məhsul çeşidi, geniş seçim imkanı və keyfiyyətli xidmət təqdim edir.

Şirkət yalnız Bakı ilə məhdudlaşmır, ölkənin müxtəlif regionlarında da filiallar açaraq daha çox insana rahat və əlçatan alış-veriş imkanı yaradır. İllərdir formalaşan güclü infrastruktur və müştəri məmnuniyyətinə əsaslanan strategiya “Grand-Mart”ı bazar liderindən biri edib.

Seçilən
13
1
operativmedia.az

2Mənbələr