AZ

Zelenski bu görüşdə iştirak etməyəcək "“Razılaşmanı tanımayacağıq”

Ukrayna nümayəndələri Səudiyyə Ərəbistanında ABŞ və Rusiya rəsmilərinin görüşündə iştirak etməyəcək.

"Milli.Az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlama verib.

"Ukrayna bu görüşdən xəbərsizdir. Rəsmi Kiyev ölkəmiz olmadan aparılan istənilən müzakirələri nəticəsiz hesab edir və biz olmadan Ukrayna haqqında əldə edilən hər hansı razılaşmanı tanımayacağıq," - deyə Zelenski bildirib.

Qeyd edək ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov ABŞ nümayəndələri ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gediblər.

Fidan
Milli.Az

Seçilən
9
3
milli.az

5Mənbələr