AZ

“Şahdəniz”də pilotsuz kompressor platformasının tikintisi üzrə yekun investisiya qərarının bu il qəbul edilməsi gözlənilir

“bp-Azerbaijan” şirkəti 2025-ci ilin sonuna kimi “Şahdəniz” yatağında Şahdəniz Kompressiya Layihəsinin (ŞKL) pilotsuz kompressor platformasının tikintisi üzrə yekun investisiya qərarının qəbul edilməsini gözləyir.

“İki sahil” xəbər verir ki, bu sözləri “bp-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı Şahdəniz Kompressiya Layihəsinin (ŞKL) ictimai müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, bp şirkəti ŞKL platformasının tikinti layihəsinin Ətraf Mühitə və Soaial Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSTQ) hesabatını hazırlayıb.

“Sənəd 60 gün ərzində ictimaiyyətə açıq olacaq. Daha sonra qeydlər və təkliflər nəzərə alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim ediləcək. Sənəd Azərbaycan hökuməti tərəfindən təsdiqləndikdən sonra layihənin həyata keçirilməsi üzrə yekun investisiya qərarı qəbul ediləcək. Hesabatda ətraf mühitin və sosial sahənin mövcud vəziyyəti haqqında məlumat, həmçinin layihənin həyata keçirilməsinin ekologiyaya təsiri ilə əlaqədar proqnozlar verilib, ətraf mühitə və əhaliyə potensial təsirin minimuma endirilməsi, azaldılması üzrə tədbirlər əks olunub”, - deyə T.Bayatlı vurğulayıb.

ƏMSTQ hesabatına görə, 2027-ci ilə qədər layihənin tikintisində təxminən 2 min 600 nəfər iştirak edəcək. ŞKL platformasında işçi heyəti olmayacağı üçün istismar mərhələsi ərzində layihə ilə əlaqədar yalnız məhdud sayda texniki xidmət personalı işə götürüləcək.

Seçilən
8
1
ikisahil.az

2Mənbələr