Xəbər verdiyimiz kimi, bu gün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinə yeni üzvlər seçilib.
“Qafqazinfo” xəbər verir ki, siyahıda gənclər və idman naziri Fərid Qayıbov yer almayıb.
Bununla da, ötən seçkidə vitse-prezident seçilən nazir bu vəzifəsini itirib.
Onu bu postda isə güləş üzrə Olimpiya çempionu Fərid Mansurov əvəz edib.