AZ

Qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkar edilib

Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. 

“İki sahil” xəbər verir ki, Zaqatala, Oğuz və Şəki rayonlarında keçirilən növbəti tədbirlər zamanı Zaqatala rayonunun Mazıx, Oğuz rayonunun Xalxal, Şəki rayonunun isə Baş Zəyzid kəndləri ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkar edilib.

Qanunsuz kömür istehsal etdiyinə görə 3 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

Bundan başqa Şəki şəhəri ərazisində məişət tullantılarını urnalardan kənara atdıqlarına görə 2 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb, Mazıx kəndi ərazisində 2 ədəd ağacın kəsilməsi aşkar edildiyindən faktla bağlı araşdırma aparılır.

Paytaxtın Nərimanov rayonu ərazisində keçirilən tədbir zamanı isə bir ictimai iaşə obyektində ətraf mühitə atılan zərərli maddələrin normativdən artıq olması və ekoloji tələblərin pozulması aşkar olunduğundan həmin obyektin sahibi barəsində də inzibati tənbeh tədbiri görülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Seçilən
10
ikisahil.az

1Mənbələr