AZ

Yunanıstandan etiraf: Türkiyəyə qarşı hərəkətə keçdik, bu ölkə mane oldu

Yunanıstanın Baş naziri Kiryakos Miçotakis Türkiyəyə “Meteor” raketlərinin satışının qarşısını almağa çalışdıqlarını etiraf edib.

Publika.az xəbər verir ki, “Katimerini” qəzetinə danışan Miçotakis Türkiyəyə qarşı müdafiə sənayesini inkişaf etdirmək üçün səylərə başladıqlarını qeyd edib.

Satışın qarşısını almaq üçün Fransa administrasiyasına təzyiq göstərən və sonuncu dəfə ötən həftə Emmanuel Makronla görüşən Miçotakisin rədd cavabı aldığı bildirilib.

Yunanıstanın baş naziri Türkiyə ilə mehriban qonşuluq münasibətlərinin tərəfdarı olduğunu deyib:

“Ankaraya sülh içində yaşamağı təklif edirik. İki ölkənin bir çox sahədə əməkdaşlıq etməsini istəyirik. Nəticələri görünən fəal siyasəti davam etdirmişik və davam etdiririk. Türkiyə də bu dediklərimə qoşula bilər. Bütün bunlara baxmayaraq Ankaraya qarşı sərhədlərimizi qoruyuruq”.

Seçilən
15
publika.az

1Mənbələr