AZ

Olivye Jirunun evindən 500 min dollar dəyərində əşya oğurlanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransa millisinin sabiq futbolçusu Olivye Jirunun evi qarət olunub.
Oxu.Az "TMZ Sports"a istinadən xəbər verir ki, hazırda ABŞ-nin "Los-Anceles" klubunda çıxış edən 38 yaşlı hücumçunun evindən oğurluq edilib.
Onun həyat yoldaşı aidiyyəti qurumlara məlumat verib.
Oğurlanan əşyalar arasında ondan çox saat da olub. Onların ümumi dəyəri təxminən 500 min dollar təşkil edir.
Hələlik həmin şəxslərin kimliyi müəyyən olunmayıb, polis məsələ ilə bağlı araşdırmaları davam etdirir.
Seçilən
18
oxu.az

1Mənbələr